"Sumqayıt"ın əməkdaşı “Trabzonspor”un media nümayəndələri ilə görüşüb

25.01.2013 | 12064 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bir neçə gündür Türkiyənin Trabzon şəhərində səfərdədir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, səfərin məqsədi Rəşad Məmmədovun “Trabzonspor” klubunda media işi ilə bağlı təcrübə toplamaqdır. “Trabzonspor”un bazası olan Mehmet Ali Yılmaz təssislərində yerləşən klubun media ofisində olan Rəşad Məmmədov “bordo-mavililər”in rəsmi jurnalının baş kordinatoru Serdal Şahin, komandanın media nümayəndələri Alaatin Kazancı və Nuri Bekarla görüşərək onların iş sistemi ilə tanış olub. Rəşad Məmmədov "Avni Aker" stadionunda Türkiyə kuboku çərçivəsində keçirilmiş "Trabzonspor" - "Mersin İdman Yurdu" oyununu da canlı izləyib.

Qeyd edək ki, Rəşad Məmmədov bir müddət əvvəl təcrübə keçmək üçün “Fənərbağça” və “Beşiktaş”ın da media nümayəndələri ilə görüşmüşdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail