Sabiq "Qalatasaray"lı rəsmən "Bakı"da

24.01.2013 | 6111 dəfə oxunub

"Bakı" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Stadium.az xəbər verir ki, "Bakı” klubu “Qalatasaray”ın sabiq futbolçusu Ferdi Elması heyətinə cəlb edib. Bu gün Almaniyanın "Bergich Gladbach" klubu ilə oyunda komandasına qələbə gətirən qola imza atan futbolçu məşqçilərin etimadını doğruldub. "Bakı" klubu Elmasla 1 illik müqavilə imzalayıb. 

2008-09-cü il mövsümündə “Cim Bom”da oynamış 27 yaşlı yarımmüdafiəçi milliyətcə türk olsa da, Amsterdamda anadan olub və Hollandiya vətəndaşlığını da daşıyır. Yetirməsi olduğu “Ayaks”ın Akademiyasında 10 il olan Ferdinin peşəkar futbolda ilk klubu Hollandiyada “Valviyk” olub. 2005-ci ildə bu komandanın heyətində 29 oyunda 11 qol vurub.

Bundan sonra futbolçu karyerası Türkiyəyə bağlı olan Elmas “Çaykur Rizəspor” (53 oyun, 14 qol), “”Adanaspor” (icarədə, 10 oyun, 1 qol), “Qalatasaray” (7 oyun, 1 qol), “Karabükspor” (24 oyun, 2 qol), “Karşıyaka” (3 oyun) klubunda oynayıb.
“Karabükspor”la 2009/10 mövsümündə Türkiyənin I liqasının çempionu olaraq Superliqaya yüksələn futbolçu 2 ölkənin yığmasında forma geyib. Belə ki, Ferdi Hollandiyada 17 (3 oyun, 2 qol), Türkiyədə 21 yaşlılardan ibarət yığmada (3 oyun) çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail