"Bu il Azərbaycanla yoldaşlıq oyununun baş tutacağı inandırıcı görünmür" Müsahibə

24.01.2013 | 2368 dəfə oxunub

Yaponiya Futbol Assosiasiyasının prezidenti Daini Kuniya affa.az saytına eksklüziv müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 
 
- Azərbaycan və Yaponiyanın milli komandaları 2012-ci ilin mayında yoldaşlıq görüşü keçirdilər. Bu oyun komandanızın DÇ-2014-ün qarşılaşmalarına hazırlıq baxımından nə dərəcədə səmərəli oldu?
- Həmin oyun Braziliyada təşkil olunacaq DÇ 2014-ün Asiya seçmə mərhələsi çərçivəsində iyunda keçirdiyimiz növbəti 3 qarşılaşmaya hazırlıq baxımından çox faydalı oldu. Xüsusən də, ilk 3 oyunu evdə keçirdiyimiz üçün uduzmamalıydıq. Biz həmin qarşılaşma vasitəsilə Avropada çıxış edən oyunçularımızın fiziki hazırlığını yoxlamaq və ümumiyyətlə, komandada birgə oyunu yaxşılaşdırmaq istəyirdik. Əvəzində isə bizi növbəti 3 qələbəyə aparan gözəl bir hazırlığa nail olduq.
 
- Yaponiya millisinin Bakıda yoldaşlıq görüşü keçirməsi ideyası barədə nə deyə bilərsiniz?
- Azərbaycan millisi yaxşı komandadır və bir daha qarşılaşmaq üçün yeni imkan yaranacağı təqdirdə çox məmnun olardıq. Lakin FIFA Konfederasiyalar Kubokunun oyunları da daxil olmaqla komandamızın gərgin gündəliyini nəzərə alsaq, bu il belə bir yoldaşlıq oyununun baş tutacağı inandırıcı görünmür.
 
- Yaponiyanın U-17 yığması 2012-ci ildə Bakıda Caspian Cup turnirində iştirak edib. Bu turnir komandanızın rəsmi yarışlarda çıxışına müsbət təsirini göstəribmi?
- Biz Caspian Cup-da iştirak edən Şərqi Avropa komandaları kimi güclü rəqibləri tanıyırıq. Bu çempionat vasitəsilə komandamız Asiyada çox nadir hallarda rast gəlinən gözəl təcrübə imkanı əldə edə bilir. Keçən il U-17 milli komandamız turnirin qrup mərhələsini sonuncu yerdə başa vurdu. Buna baxmayaraq, komandamız belə bir təcrübəyə əsaslanaraq FIFA U-17 dünya çempionatında yarışmağa qətiyyətli şəkildə hazır olacaq.
 
 - Yaponiya komandası bu il də Bakıda keçiriləcək Caspian Cup turnirinə qatılacaq. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Qeyd etdiyim kimi, Caspian Cup yüksək səviyyəli komandaları bir araya gətirir və bu, yaxşı bir təcrübədir. İnanıram ki, komanda bu turnir vasitəsiə gələcək inkişafını davam etdirəcək.
 
- Ümumiyyətlə, Azərbaycan və Yaponiyanın futbol əlaqələrinin perspektivi barədə fikirlərinizi bilmək istərdik.
- Azərbaycan UEFA-nın üzvüdür və burada futbolun səviyyəsi kifayət qədər yüksəkdir. Bizim yığma komandalarımız üçün azərbaycanlı həmkarları ilə oyunlar keçirmək çox faydalıdır. Gələcəkdə belə bir imkan yaranarsa, biz Azərbaycanla futbol oyunları, mübadilə proqramları kimi müxtəlif müstəvilərdə əməkdaşlıq etmək istərdik. Keçən il bizim komandamızın da iştirak etdiyi FIFA U-17 qadınlararası dünya çempionatı ölkənizdə təşkil olunmuşdu. Azərbaycan Orta Şərqə kifayət qədər yaxın olan bir Avropa ölkəsidir. Mən ölkələrimiz arasında mübadilə üçün yeni imkanlar yaranacağına ümid edirəm. Şəxsən onu deyə bilərəm ki, baş məşqçi Berti Foqtsu çox yaxşı tanıyıram. Vaxtilə oyunçu kimi “Borusiya VfL 1900 Mönchengladbach” təlimlərinə hər il qatılırdım. Keçən il baş tutan yoldaşlıq matçı zamanı, uzun bir fasilədən sonra yenidən onunla görüşdüm. Mən çox məmnun oldum, çünki keçmiş xatirələr yadıma düşdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail