Atası azərbaycanlı olan futbolçu erməni soyadını qəbul etdi

24.01.2013 | 3634 dəfə oxunub

Hollandiya çempionatının I divizionunda yarışan “Emmen” klubunun futbolçusu Norayr Məmmədov Ermənistan milli komandasında çıxış etməkdən ötrü soyadını dəyişib. Stadium.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçinin özü “news.am”a açıqlama verib. 
O bildirib ki, Ermənistan millisinə dəvət aldıqdan sonra bütün sənədləşmə işlərini yoluna qoyub. Atası azərbaycanlı olan Norayr Məmmədov soyadından imtina edərək, Aslanyana çevrilib. Futbolçu Avropada yaşayan erməni həyat yoldaşının soyadını götürüb. Gənc yarımmüdafiəçi bildirib ki, bu addımı məhz Ermənistan millisində oynamaq istədiyi üçün atıb. O, fevralın 3-də Fransaya yollanacaq və bundan 2 gün sonra Valansyen şəhərində Lüksemburqla yoldaşlıq görüşündə iştirak edəcək.
Qeyd edək ki, Norayr Məmmədov 25 mart 1991-ci ildə Ermənistanda tarixi Azərbaycan torpağı olan Sünik vilayətinin Qaraunc kəndində doğulub. Onun atası azərbaycanlı, anası ermənidir. Məmmədov peşəkar karyerasına Hollandiyanın “Vendam” klubunda başlayıb. “Emmen”ə keçənədək Məmmədov bu ölkənin “Kambur”, “Qroningem” və “Zvolle” komandalarının formasını geyinib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail