U-16 Liqasının bombardiri mükafatlandırılıb FOTOLENT

23.01.2013 | 5295 dəfə oxunub

Bu gün U-16 Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Bakı" klubunun 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Valeh Seyidov AFFA tərəfindən mükafatlandırılıb. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, Tədbir V.Seyidovun təhsil aldığı Nərimanov rayonundakı "Ankara məktəbi" məktəb-liseyində təşkil olunub.
Tədbirdə əvvəlcə Valeh Seyidovla bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev çıxış edib. O, bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır: "Bu tədbirlər futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Futbolçuların təhsil aldıqları məktəblərdə mükafatlandırılması bütün şagirdlərin futbolla daha yaxından maraqlanmasına zəmin yaradır".
Sərxan Hacıyev AFFA-nın hədiyyələrini 42 qolla 2011/2012-ci il mövsümünün bombardiri olmuş Valeh Seyidova təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.
"Ankara məktəbi" məktəb-liseyinin tədris işləri üzrə direktor müavini Məhəbbət Qurbanova çıxış edərək tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail