Raab: "Azərbaycanda olduqca istedadlı gənc futbolçular var"

22.01.2013 | 3470 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirməsi barədə xəbər vermişdik. Stadium.az xəbər verir ki, toplanışa rəhbərlik edən komandanın baş məşqçisi Bernhard Raab bu cür tədbirlərin keçirilməsinin müsbət hal olduğunu deyib. Almaniyalı mütəxəssis seleksiya toplanışlarının gələcəkdə tez-tez keçiriləcəyini də vurğulayıb: “Azərbaycanda olduqca istedadlı gənc futbolçular var. Bu cür seleksiya xarakterli təlim-məşq toplanışlarının keçirilməsi məqsədə uyğun haldır. Bu günki toplanışda 60-dan artıq futbolçunu sınaqdan keçirdik. Açığı deyim ki, xeyli futbolçunun hazırkı durumundan razı qaldıq. Bəyəndiyimiz uşaqları “Sumqayıt” Futbol Klubunun akademiyasına cəlb etməyi düşünürük. Bu cür seleksiya xarakterli təlim-məşq toplanışlarını il ərzində ən azı 3-4 dəfə keçirməyi planlaşdırırıq”.
Bernhard Raabın köməkçisi Aqil Məmmədov da belə toplanışların keçirilməsini alqışlayıb: “Bu cür seleksiya xarakterli toplanışların keçirilməsini alqışlayıram. Hazırda əsas, əvəzedici və akademiyanın məşqçi heyəti tərəfindən bölgələrimizdə yetişən futbolçuları sınaqdan keçiririk. Ümid edirik ki, buradan seçəcəyimiz uşaqlar arasında gələcəyin parlaq ulduzları yetişəcək”.
Seleksiya toplanışında iştirak edən “Sumqayıt” FK-nun əvəzedici komandasının baş məşqçisi Vaqif Paşayev də iştirak edib. Adıçəkilən mütəxəssis də belə tədbirlərin keçirilməsini məqsədə uyğun hesab etdiyini deyib: “Bu gün həqiqətən əsl futbol bayramı yaşayırıq. Artıq bu uşaqların arasında 10-15 nəfəri qeydiyyata almışıq. Seleksiya prosesində əsas olan ikinci mərhələdir. Yəni seçəcəyimiz futbolçular arasında yaxşıca işləməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail