"Bəzi nəticələrimiz klub rəhbərliyini qane edə bilməz" Müsahibə

21.01.2013 | 3437 dəfə oxunub

“Neftçi” PFK-nın əvəzedicilərdən ibarət komandası ikinci dövrəyə hazırlığın ilk mərhələsini yekunlaşdırıb. Komandanın məşqçisi Elşad Əhmədov hazırlıqla bağlı klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

Elşad müəllim, əvəzedicilərimizin 2-ci dövrəyə hazırlığı necə gedir?

- Hazırlıq 2 mərhələdə nəzərdə tutulub. İlk 10 gün ərzində futbolçuların fiziki hazırlığı üzərində işlədik. Səhər məşqlərimiz dəniz kənarında, axşam məşqləri isə futbol meydançasında keçirilirdi. Bu müddət ərzində iki yoxlama oyunumuz da baş tutub. Hazırlıq üçün yaradılmış şərait yüksək səviyyədədir. Buna görə başda klub prezidenti Sadıq Sadıqov olmaqla, bütün komanda rəhbərliyinə təşəkkürümü bildirəm. Əminliklə deyirəm ki, hətta yüksək liqada çıxış edən bəzi klublara təlim-məşq toplanışı keçirmək üçün belə şərait yaradılmır. Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvar ayının 23-də start götürəcək. Bu mərhələ əsasən taktiki və texniki tapşırıqlara həsr olunacaq.

- Təlim-məşq toplanışına yeni futbolçular dəvət olunubmu?

- Bəli, aşağı yaş qruplarından, əsasən U-16 və U-17 komandalarımızdan perspektivli futbolçuları təlim-məşq toplanışına cəlb etmişik. Ümidləri doğrultduqları təqdirdə, onlarla müqavilə imzalanacaq.

- Tam əminlikə deyə bilərik ki, bir neçə il sonra “Neftçi”nin əsas heyətində yeni adlar görə biləcəyik.

- Heyətimizdə böyük ümidlər vəd edən gənc futbolçular var. Ömər Mahmudzadə və Aqşin Qurbanlı kimilərinin adını çəkə bilərəm. Amma, onlar da yaşlarının az olmasına baxmayaraq, məsuliyyəti dərk etməli daha çox çalışmalıdırlar.

- Bu il əvəzedicilərimizin əsas hədəfi nədir? Çempionluq, yoxsa...

- Təbii ki, ilk dövrədəki bəzi nəticələrimiz klub rəhbərliyini və biz məşqçiləri qane edə bilməz. Əvəzində, Fəhmin Muradbəyli və Məqsəd İsayev kimi gənc futbolçuların əsas heyətin Türkiyədəki təlim-məşq toplanışına cəlb olunması bizi sevindirir. Bundan əlavə, əvəzedici heyətin 7-8 futbolçusu icarə əsasında digər klublara transfer olunublar. Bu mövsüm əsasən diqqətimizi aşağı yaş qruplardan əvəzedici heyətə futbolçuların cəlb olunmasına yönəltmişik. Çünki məqsədimiz əsas heyətə layiqli futbolçuların yetişdirilməsidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail