Zeynal Məmmədov Kamran və Rauf məsələsinə konkret aydınlıq gətirdi

21.01.2013 | 6281 dəfə oxunub

Heyətini böyük ölçüdə dəyişməyi qarşısına məqsəd qoyanBakıda sular durulmağa başlayır. Bir neçə futbolçusunu heyətdən uzaqlaşdıran bakılılar heyətinə qatacağı futbolçulardan ikisini dəqiqləşdirib. Yerli futbolçulardan AZAL-ın kapitanı Aqil Nəbiyevi heyətinə qatanBakıdaha ikisinin işini həll etmək üzrədir. Bunlar isə daha əvvəlcədən məlum olan Rauf Əliyevlə Kamran Ağayevdir. Klubun vitse-prezidenti Zeynal Məmmədovla əlaqə saxlayaraq məsələnin yerdə olmasıyla maraqlandıq: “Hər iki futbolçu hazırda bizim komandanın düşərgəsindədi məşqlərə qatılırlar, amma bu o demək deyil ki, onlar yuz faiz bizim futbolçulardır. Bunu hardasa 95 faiz söyləmək olar”.

Məsələni tam dəqiqləşdirmək üçün Zeynal müəllimdən əvvəlcə Rauf Əliyevin durumunun yerdə olduğunu öyrəndik: “Biz Rauf Əliyevi komandamızda görmək istəyirik. “Qarabağda oyunu göz qabağında olub millinin vuran ayağıdır. Buna görə indi o düşərgəmizdədir. Raufa görəQarabağəvvəlcə 100 min dollar istəyirdi, amma eşitmişəm ki, indi 150 min deyirlər. Belə söhbət düz deyl axı. 100 dedilər, biz Raufla razılaşdıq. İndi bundan sonra qiymət artırmağın mənası var, başa düşə bilmirəm. Amma inanmıram ki, bu söhbətlər RaufunBakının futbolçusu olmasına əngəl törədə”.

Raufla müqayisədə Kamranın durumu daha ciddidir. Hər halda, Zeynal müəllimin dediklərindən belə başa düşmək olar: “Kamran Ağayev millinin əsas qapıçısıdır, yaxşı qapıçıdır hamı onu əla tanıyır. Kamrana görə getdimXəzər Lənkəranın prezidenti Mais Mənsimovla da danışdım. Mənə dedi ki, AğayevinBakıya keçidində heç bir problem yoxdur. Sadəcə Kamran klubdan aldığı pulu geri qaytarmalıdır ki, transfer kağızın versinlər. Bu barədə Kamranla da danışığm oldu, dedi ki, həqiqətən kluba borcu var. İndi AğayevXəzər Lənkərana borcunu qaytarmalıdır ki, onun bizim kluba keçidinə problem yaratmasınlar”.

Yayılan digər xəbərə görə isə paytaxt təmsilçisi RumıniyanınOtelul Qalatklubunun hücumçusu Marius Pena ilə anlaşıb. Bunu da Zeynal müəllimlə dəqiqləşdirdik: “O futbolçunu menecerlər mənə təklif edib. Amma kim yazıbsa ki, artıq razılığa gəlmişik, bu, yalan söhbətdir.Marius Penanın klubuyla hələ iki illik müqaviləsi var. Belə olan halda biz onunla necə müqavilə bağlaya bilərik? Yalan söhbətdir, inanmayın. Sadəcə olaraqMarius Pena bizə təklif olunan futbolçular arasındadır”.

Vitse-prezident sonda transfer çalışmalarının hələ davam edəcəyini sözlərinə əlavə etdi: “Transfer pəncərəsi bağlanana qədər istədiyimiz futbolçuları heyətə cəlb etməyə çalışacağıq. Buna görə işimiz tez bitməyəcək”.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail