"Qəbələ"nin ölkə xaricinə 10-cu səfəri

20.01.2013 | 4176 dəfə oxunub

“Qəbələ” bu gün qış fasiləsindəki hazırlığın 2-ci mərhələsinə qədəm qoyacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, ilkin mərhələni Mingəçevirdə keçirən komanda bunun üçün qonşu Türkiyəyə yollanacaq. Fevralın 2-dək Antalyada hazırlıq keçəcək Ramiz Məmmədovun yetirmələri üçün bu məkan kifayət qədər tanışdır.

Belə ki, klub tarixində 8-ci dəfə Antalyada toplanış keçəcək. İlk belə səfəri 2006-cı ilin yayına təsadüf edən komanda güclülər dəstəsində debütünə qonşu ölkədə hazırlaşmışdı. Növbəti belə toplanışı 2 il gözləmək lazım gəldi. 2008-ci ilin yayında da Türkiyədə toplanış keçən “Qəbələ” istisnalar olmaqla hər fasilədə Türkiyəyə yollanıb.

İstisnalar isə yayda - mövsümlərarası fasilələrdə olub. 2009/10 mövsümü ərəfəsində də Antalyada hazırlıq keçən komandanın qış fasilələrində dəyişməz ünvanı məhz bu məkandır. 2009-cu ilin yanvarından başlayaraq hər ilin əvvəli “Qəbələ” bu bölgəyə yollanır. Ardıcıl 5-ci dəfə Antalyada keçiriləcək qış hazırlıqlarına kimi komanda 4 dəfə yanvar, 3 dəfə iyulda Türkiyəyə üz tutub. Daha 2 toplanışın İngiltərə və Sloveniyada gerçəkləşdiyini nəzərə alsaq indiki səfər “Qəbələ”nin ölkə xaricində 10-cu hazırlıq prosesidir.

“Qəbələ” indiyədək Antalyada 30 oyun keçirib. Bunların 28-i beynəlxalq oyun, 2-si isə “Neftçi” ilə qonşu ölkədəki matçlar olub. Əcnəbilərlə matçlarda 13 qələbə və 5 heç-heçəsi olan komanda 10 dəfə uduzub. Top fərqində isə 41:31-lik üstünlük var. “Neftçi” ilə matçlar isə qələbəsiz bitib - 1:1 və 0:2.

Türkiyədən başqa Sloveniya və İngiltərədə də toplanışda olan “Qəbələ” ölkə xaricindəki hazırlıqlarda 40 matç keçirib. Bu matçlardan 2-nin “Neftçi” ilə olduğunu, əvəzində Qəbələdə 2 beynəlxalq görüşün keçirildiyini nəzərə alsaq xarici klublarla oyunların da sayı 40-a bərabərdir.

Xatırladaq ki, "Qəbələ" səfər müddətində yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-də olmaqla 4 yoxlama oyununda qüvvəsini sınayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail