"Kəpəz"in zədəlilərinin durumu yaxşıdır

19.01.2013 | 3861 dəfə oxunub

Bakıda təlim-məşq toplanışını davam etdirən "Kəpəz"in heyətində zədəli olan və bu üzdən komanda yoldaşlarından ayrı çalışan futbolçulardan Xəyal Zeynalovla Emin Əliyevin vəziyyətini qənaətbəxş qiymətləndirmək olar. Stadium.az xəbər verir ki, bunu klubun rəsmi saytına açıqlamasında komandanın tibbi personalının rəhbəri Şıxəli Həsənov bildirib. Onun sözlərinə görə, hazırda futbolçular özlərini yaxşı hiss edirlər. Sol diz oynağındakı ağrılardan əziyyət çəkən Əliyevin hətta bu gün "Qaradağ Lökbatan"a qarşı yoxlama oyununda meydana çıxması da mümkündür. Baş məşqçi Mahmud Qurbanovun şans verəcəyi təqdirdə, gənc yarımmüdafiəçi meydanda görünəcək. Zeynalova gəlincə, əzələsində dartılma olan qolkiper yalnız sabahdan komanda ilə birgə məşqlərə qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail