Del Pyero karyerası ərzində ilk dəfə poker etdi

19.01.2013 | 4190 dəfə oxunub

Avstraliyanın "Sidney" klubunun hücumçusu Alessandro Del Pyero karyerası ərzində ilk dəfə poker edib. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu "Vellinqton Finiks"ə qarşı baş tutan oyunda rəqib qapısından 4 qol keçirib. Əvvəlcə Del Pyero 21-39-cu dəqiqələr aralığında het-trik edib. 70-ci dəqiqədə isə İtaliya futbolunun canlı əfsanəsi vurduğu qolların sayını 4-ə çatdırıb. Del Pyero oyundan sonra qısaca belə deyib: "Poker etdiyimə görə çox xöşbəxtəm. Gələcək oyunlarda da qol vurmaq, komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəyəm. Amma düzünə qalsa, 7:1 qələbə qazanmaqla 1:0-ın arasına ciddi fərq yoxdu. İstənilən halda, 3 xal qazanırsınız. Nə qədər qol vurursunuz, vurun, fərq etməz. Bu səbəbdən də bu oyun keçmişdə qaldı. Artıq indidən növbəti oyun haqda düşünürük".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail