Şota Arveladze "Qalatasaray" üzərindəki qələbəni şərh etdi

19.01.2013 | 3722 dəfə oxunub

Türkiyə Superliqasının ikinci dövrəsinin açılış matçında "Qalatasaray" üzərində əzmkar qələbə qazanan (2:1) "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze komandasının qalibiyyətini şərh edib. Stadium.az xəbər verir ki, gürcü mütəxəssis qələbədən dolayı şad olduqlarını və futbolçularını təbrik etdiyini bildirib: "Fasilədən sonra çempionatın ilk oyunu hər zaman çox çətin keçir. Çünki müəyyən fasilədən sonra yenidən futbol havasına uyğunlaşmaq çətin olur. Fasilə zamanı əla hazırlıq keçsəniz də, ilk oyun yenə də çətin alınacaq. Bu, bütün komandalara aiddir. Fərqi yoxdur, lider olsun və ya autsayder. Fasilə zamanı biz də yaxşı hazırlıq keçdik və bu gün əziyyətimizin bəhrəsini gördük. Bu qələbə bizim fasilədən düzgün istifadə etdiyimizə işarədir. Futbolçularımızı da təbrik edirəm. Onlar böyük iş bacardılar. "Qalatasaray" kimi səviyyəli bir komandanı məğlub etmək sizə asan gəlməsin. Bu səbəbdən də hazırda özümüzü çox xöşbəxt hiss edirik. Məqsədimiz qarşıdakı oyunlarda da bu uğurun ardını gətirməkdi. İkinci dövrəyə yaxşı start verməyi çox istəyirdik və arzumuza çatdıq. O ki qaldı transfer çalışmalarına, danışıqlar davam edir. Biz sıradan bir futbolçu almaqğı düşünmürük. İstəyirik ki, heyətimizə cəbl edəcəyimiz futbolçu "Kasımpaşa"nın və Superliqanın adına yaraşan şəkildə olsun".     



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail