"Mən futbolda çalışmış ən pis adam deyiləm" Müsahibə

18.01.2013 | 4295 dəfə oxunub

“İnter” PİK-in Uşaq Gənclər Futbol Məktəbi üzrə inkişaf layihəsinin rəhbəri Valentin Xodukin klubun rəsmi saytına verdiyi müsahibəsinin davamında görülmüş işlərdən danışıb, ünvanına deyilən xoşagəlməyən ifadələri şərh edib və Premyer Liqanın ilk hissəsini qiymətləndirib. Stadium.az həmin müsahibəni təqdim edir: 

-Ötən həftə baş tutan söhbətimizdə “İnter” UGFM-nin inkişaf layihəsi barədə ətraflı məlumat vermişdiniz. O vaxtdan çox müddət keçib. Planlaşdırdıqlarınızı nə dərəcədə həyata keçirməyə müvəffəq oldunuz?

- Deyim ki, futbolu faizlərlə qiymətləndirmək çox çətindir, bunun da subyektiv və obyektiv səbəbləri var. Amma əminliklə demək olar ki, hazırda biz xeyli yaxşıyıq və dünənlə müqayisədə daha güclüyük. Bunu bütün planlarda, həm məşqçi heyətinin işində, həm də uşaqların işə münasibətində görmək olar və əsas odur ki, rəhbərlik fəaliyyətimizə başqa bucaq altında qiymətləndirir. Əgər əvvəllər bizə ancaq özünə çalışan bölmə kimi baxırdılarsa, bu gün isə biz özümüzü “İnter” adlı aqreqatın əsas mexanizmlərindən biri hiss edirik. Bizim qarşısımıza nəticələri müəyyən müddətdən sonra görünəcək böyük tapşırıqlar qoyulur.
 
-Son zamanlar “İnter” UGFM-nin və Sizin ünvanınıza kifayət qədər xoşagəlməz məlumatlar yayılır.
 
-Belə yaşda olan insanı belə məsələlərdə ittiham edilməsi mənə gülməli gəlir. Mən bu işin bütün ideyalarının yaradıcısıyam və oturduğun buqağı kəsməyə haqqım yoxdur. Böyük adamlar mənə böyük iş tapşırıblar və mənə etimad göstərən insanları pis vəziyyətdə qoymaq haqqım yoxdur. Mən belə tərbiyə olunmuşam.Yaranmış bu “siçan səs-küyündə” kiminsə marağı var. Mən belə bəyanatlara fikir vermirəm, onları şərh etmirəm. Mənə gülməli gəlir, məni nədə günahlandırırlar. Mən bu illər ərzində futbolda çalışmış ən pis adam deyiləm. Buna görə də, bütün günahları mənim üstümə atmaq lazım deyil. Ümumiyyətlə, “İnter” UGFM-nin fəaliyyərində buraxılmış səhvlər barədə və nizam-intizam olmadığı haqda necə danışmaq olar ki, bizim nəticələrimiz deyilənlərə ziddiyyət təşkil edir? Bu sözlər qeyri-ciddidir və həqiqətə əks etdirmir. Məşqçilik kateqoriyasını iki cəhddə ala bilməyən şəxsin bizi qeyri-peşakarlıqda ittiham etməsi simalarda təbəssüm doğurmaya bilməz.
 
-Yəqin Premyer Liqanı izləyirsiniz. Mövsümün ilk hissəsi Sizdə hansı təəsüratı buraxdı?
 
-Demək istərdim ki, Premyer Liqada çıxış edən komandalardan fərqli olaraq güclü tərəf məhz “İnter”də müşahidə olunur. Bizim komanda digər komandalardan daha fərqli oyun sərgiləyir. “İnter” öz oynunu, öz simasını göstərir. Bu da nəticəsini verir-komanda həmişə yuxarıda qərar tutur. Qalan komandalar aşağı-yuxarı yer dəyişirlər. Sonra məşqçilərin tez-tez dəyişdirilməsi komadnaya normal fəaliyyət göstərməyə mane olur. Tutalım, hər hansı bir məşqçi istədiyi furbolçuları topladı və öz oynunu yaratmağı ümid etdi. Beş aydan sonra onu vəzifəsindən götürdülər və onun yerinə sələfinin komandaya gətirdiyi futbolçularla işləməyə məcbur olacaq başqa məşqçi gətirdilər. Bu məşqçi də öz konsepsiyası, futbol anlayışıyla fəaliyyətə başlayacaq. Buna görə də. Yeni məşqçi əziyyət çəmkəyə başlayır, o, kluba bir neçə futbolçu cəlb edir, beş aydan sonrasa onu vəzifəsindən uzaqlaşdırırlar. Bundan sonra yeni məşqçi təyin edilir və o, birinci və ikinci məşqçilərdən qalmış futbolçuların şəxsində artıq yüklə işləməyə məcbur olur. Bax o da belə əziyyət çəkməyə başlayır. Hadisələrin belə inkişafı komandaya ancaq zərər verir.
 
Ümumilikdə, qeyd etməyə bilmərəm ki, Premyer Liqada futbol çox dolğunlaşıb, çox rəqabətqabiliyyətli olub. Ötən mövsümlə müqayisədə indiki turnir cədvəli daha sıx görünür. Bütün komandalar, “Kəpəz” istisna olmaqla, kifayət qədər rəqabətqabiliyyətlidir və onlar nəinki evdə, hətta səfər oyunlarında da sürpriz edə bilərlər. Bu da şempionata marağı artırır. Hər dəfə meydana çıxanda məşqçilər oyunla bağlı yeni planlar üzərində düşünməyə məcbur olurlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail