"Simurq" Qazaxıstan klubuna uduzdu

17.01.2013 | 2965 dəfə oxunub

Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün ilk yoldaşlıq görüşünü keçirdib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisi məskunlaşdığı "Mardan Spor Kompleksi"nin meydançasında Qazaxıstanın "Akjayik" kollektivi ilə üz-üzə gəlib. Görüşün hər iki hissəsində meydana fərqli heyətlə çıxan Georgi Çixradzenin yetirmələri qardaş ölkədəki ilk sınağından uğursuz çıxıb. Zaqatala təmsilçisinin birinci hissədə buraxdığı qol sayəsində rəqib minimal hesabla görüşdə qalib gəlib. 

Fasilədən sonra "sarı-qaralar" qol vurmaq üçün bir neçə dəfə real şans əldə etsə də, bundan yararlana bilməyib. Üstəlik gənc futbolçu Nicat Qurbanova oyunun bitməsinə az qalmış qarşılaşmanın baş hakimi Omər Paşayev tərəfindən qırmızı vərəqə göstərilib.

Bununla Antalyadakı təlim-məşq toplanışının birinci mərhələsini başa vuran "Simurq", iki günlük istirahətdən sonra məşqləri bərpa edəcək. Qeyd edək ki, komanda məskunlaşdığı oteli də dəyişəcək və Belek bölgəsində yerləşən "Atlantis"ə köçəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail