"Rəvan" məşqləri intensivləşdirib

17.01.2013 | 3258 dəfə oxunub

Yanvarın 10-dan təlim-məşq toplanışına start verən "Rəvan” futbol klubunda çempionatın yerdə qalan bölümünə hazırlıq yüksək sürətlə davam edir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Premyer Liqada "ilk 6-lıq" şanslarını saxlayan komanda yanarın 16-dan məşqləri intensivləşdirib.

Belə ki, komanda artıq gündə 2 məşq keçir. Səhər çalışmaları fiziki, axsam məşqləri isə texniki-taktiki yöndə aparılır. Zədəlilərlə bağlı heç bir problem olmadığından məşqdə hamı iştirak edir. "Bayıl” stadionunda keçirilən hazırlıqlarda yeni transferlər - Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədov xüsusi fəallıq göstərir.

Ümumiyyətlə, Premyer Liqanın təsnifat mərhələsinin son 4 matçına ciddi hazırlaşan komandada əhval-ruhiyyə çox yüksəkdir. Baş məşqçi Ramil Əliyevin tapşırıqlarını can-başla yerinə yetirən futbolçular hazırlıq matçlarının olduğu günlərdən başqa, hər gün 2 dəfə "Bayıl Arena”da məşq edəcək.

Xatırladaq ki, komanda fevralın 9-da "Turan”la keçiriləcək Premyer Liqa oyununa qədər ən azı 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail