"Bakı"nın üzvləri yeni avadanlıqlarla məşq edirlər

16.01.2013 | 2787 dəfə oxunub


Qış fasiləsindən sonra “Bakı” futbol klubunun müxtəlif yaş qruplarından ibarət komandaları  bir araya gələrək məşqlərinə davam edirlər. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, əvəzedicilər də daxil olmaqla 4 komanda yeni il tətilli ilə bağlı yaranan fasilənin başa çatması ilə yanvarın 7-dən etibarən klubun təlim-məşq bazasında hazırlıqdadır.

96-98-ci illər təvəllüdlü uşaqlar və əvəzedici komanda gündə bir dəfə olmaqla məşğələlər keçirlər. 

Komandalar həftə içi daha çox fiziki güc təmrinləri üzərində çalışırlar. Futbolçular bu həftədən etibarən yeni avadanlıqlarla çalışırlar. Güc məşğələlərini daha effektiv etmək məqsədi ilə Türkiyədən avadanlıqlar sifariş olunub.

Qış fasiləsinə lider yollanan “Bakı” klubunun U-15 komandası bu gün saat 16:00-da növbəti məşqinə çıxıb. Həftə içi hər gün məşq edən komanda güc avadanlıqların koməkliyi ilə məşq edib.

Klubun futbol akademiyasının baş koordinatoru Yüksel Kepoğlu bildirib ki, bu avadanlıqlar, əsasən, futbolçuların fiziki güclərini artırmağa kömək edəcək. Həmçinin o qeyd edib ki, belə fiziki testlər 1998-2001-ci il təvəllüdlü uşaqlar arasında da keçiriləcək.

Xatırladaq ki, 1999-2002-ci il təvəllüdlü uşaqlardan təşkil olunan komandlar da 10 yanvar tarixindən məşqlərə qaldıqları yerdən davam veriblər. 

«Sabahın ulduzları» turnirinə qatılacaq komandalar isə hazırlığa fevralın əvvəllərindən başlayacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail