Azərbaycan Avroliqada 4 klubla təmsil olunmaq şansını itirdi

15.01.2013 | 4794 dəfə oxunub

UEFA-nın Fair Play üzrə növbəti reytinq cədvəli açıqlanıb. Stadium.az xəbər verir ki, siyahıda Azərbaycan 32-ci yeri tutur. Siyahıya Norveç başçılıq edir. İkinci pillədə İsveç yer alıb. İlk "üçlüy"ü isə Finlandiya qapayır. 

Qeyd edək ki, Norveç ardıcıl üçüncü ildir ki, sıralamaya başçılıq edir. Mövsümün sonunda - mayda növbəti reytinq siyahısı açıqlanacaq. Növbəti reytinqdə ilk "üçlük"də qərarlaşacaq ölkələrin hər biri Avroliqanın qrup mərhələsində daha bir komanda ilə təmsil olunacaq. Ölkəmiz hazırda 32-ci pillədə qərarlaşdığından ilk "üçlük"də qərarlaşıb, Avroliqada 3 deyil, 4 klubla təmsil olunmaq şansına demək olar ki, sahib deyil.

Əlavə edək ki, bu günədək Fair Play sıralamasına görə avrokuboklarda əlavə komanda ilə təmsil olunmaq hüququna ən çox Norveç yiyələnib - 11. İkinci pillədə İsveç (8), üçüncü yerdə isə İngiltərə qərarlaşıb (7). Finlandiya 6, Danimarka 5, Belçika, Almaniya və Şotlandiya hərəyə 2, Ermənistan, Belarus, İspaniya, Lüksemburq, Hollandiya, Rusiya, Slovakiya, Ukrayna, Fransa, Çexiya və Estoniya isə hərəyə 1 dəfə bu yolla avrokuboklarda əlavə komanda ilə təmsil olunmaq hüququna yiyələnib.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail