Musayev tapşırır, Şirəliyev əməl edir, Diniyev işsiz qalır ARAŞDIRMA

15.01.2013 | 4791 dəfə oxunub

Azərbaycanda digər sahələrdə olduğu kimi, futbolun da monapoliyaya çevrilməsi sirr deyil. Düzdür, ölkə futboluna Rövnəq Abdullayev cənabları başçılıq edir prezident yanında cavabdeh şəxsdir, amma onun idarəçiləri meydan sulayır. Abdullayevin millini tapşırdığı Elxan Məmmədovla Elşad Nəsirov ölkənin əsas yığmasını hər keçən gün geriyə sürükləməkdədirsə, çempionatın təşkilinə, keçirilməsinə cavabdeh olan Ramin Musayev burada qan eləyir. Futbol ictimaiyyətinin hamısı yaxşı bilir ki, Musayev vəzifəsi hesabına istədiyi komandanı istədiyi yerə gətirir ya istədiyi zibilliyə sürükləyir. Hakimlər onun tapşırıqlarını yerinə yetirir ki, bu, gözlənilməz bir hadisə sayılmamalıdır, amma klubların da Musayevin sözündən çıxa bilməməsi bu ölkə futbolunun hansı dərəcədə acınacaqlı gündə olmasından xəbər verir. Qardaş, digər tərəfdən baxanda, klubları da qınamaq olmur, Ramin müəllimin sözündən çıxacaqlar, özləri üçün böyük düşmən qazanacaqlar. Axı hansı klub istəyər ki, Premyer Liqanı keçirən ya ona ata malı kimi yiyələnən kəslə düşmən olsun? Heç biri. Ramin Musayevə gözün üstə qaşın var deməyən, bir sözünü iki eləməyən, dediyi hər sözünə təbəssüm göstərən klub var ki, bax belələrindən biri Rəvandır. ORəvanki, cari mövsümdə məşqçi dəyişmək baxımından rekord qırmağı planlaşdıran bu komanda bir müddət əvvəl baş məşqçi Kemal Alispahiçi istefaya göndərərək, onu Ramil Əliyevlə əvəzlədiBosniyalı mütəxəssisin gedişindən daha çox, onu gənc, böyük təcrübəsi olmayan Əliyevin əvəzləməsi daha böyük sürpriz oldu. Hansı cəhətinə görə Ramil Əliyev Kemal Alispahiçdən üstün tutuldu? Həqiqətənmi Cavad Gülər, Bəhmən Həsənov  Kemal Alispahiçləistəyinə çata bilməyənRəvanın rəhbərliyi arzuların təcrübəsiz Əliyevlə reallaşdıracağına inanır? Təbii ki, bu təyinat baş aldatmaqdan başqa bir şey deyil(di). Bu qərarın arxasında başqa məqamlar dururDaha doğrusu, Ramin Musayevin barmağı. Redaksiyamıza daxil olan məlumatda bildirildi kiKemal Alispahiçin istefasından sonra onu təcrübəli mütəxəssis, vaxtiləKəpəzQarabağı, eləcə milli komandamızı çalışdıran Şahin Diniyev əvəzləməli imişKlub rəhbərliyi Diniyevlə görüşərək, bütün detalları razılaşdırıblar. Məsələyə nöqtəqoyulan zaman isə ortaya əmma çıxıb... Yenə Ramin Musayevin barmağı...
Aydın məsələdir kiPeşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevlə Şahin Diniyevin münasibətləri qaydasında deyil. Bu da ondan qaynaqlanır ki, Ramin MusayevNeftçinin vitse-prezidenti olan zaman millini çalışdıran Şahin Diniyev bu komandanın əsas  futbolçusunu seçmə komandaya dəvət etmirdi. Buna görə Rəşad Sadıqov bir neçə ay futbolsuz qalmışdı ki, Ramin Musayev bunun günahını məhz Şahin Diniyevdə görürdüBu səbəbdən  PFL başqanıklublara göstəriş verib ki, heç kim Diniyevi komandasına gətirməsinƏks halda, həmin klub Musayevinqara siyahısına düşəcək. Elə DiniyevinRəvana gedən yolunu da məhz Musayev bağlayıbŞahin müəllimin bu komandayla anlaşmaq üzrə olduğunu xəbər tutan MusayevRəvanın vitse-prezidenti Bəhruz Şirəliyevə zəng edərək, pərdəarxası olaraq ona hədə-qorxu gəlib. Yəni deyib ki, Diniyevi komandaya gətirsələr, PFL-dən əllərini üzsünləroldular düşmən. Azərbaycan futbolu adına utancverici bu məsələyə aydınlıq gətirmək üçün olayda adıkeçən hər üç tərəfə - Şahin Diniyevə, Ramin Musayevə  “Rəvanın vitse-prezidenti BəhruzŞirəliyevə tribuna verdik. Haşiyəyə çıxaraq əvvəlcədən qeyd edim ki, tərəflər bu xəbəri təkzib etsələr , atalar əbəs yerə deməyib, “od olmayan yerdən,  tüstü çıxmaz”. Onsuz da hər 3 tərəfin xəbəri təkzib edəcəyini onlara zəng etməzdən əvvəl bilirdik. Sadəcə olaraq, biz öz vəzifəmizi yerinə yetirdik ki, qoy, fikirlərini bildirsinlər.“Rəvanın altını-üstünə çevirən, komandaya olmayan titullarıqazandıranvitse-prezidenti Bəhruz Şirəliyevin məsələyə münasibəti belə oldu: “Bunlar hamısı boş söhbətlərdiDiniyev əsl mütəxəssisdi. Aramızdakı münasibət  əladı. Düzdüəvvəllər Şahin DiniyevləRəvana gəlməsi haqda söhbətimiz olub. Hələ Alsipaniç istefaya getməzdən qabaq onunla bu barədə danışmışdıq, lakin tamam başqa səbəbdən danışıqlarımız alınmadı”.
Yalan da olsa, maraqlıdır.
Hər daşın altından barmağı çıxan PFL başqanı Ramin Musayev danışdıq: “Hazırda heç kim deyə bilməz ki, futbol ictimayəti arasında kiminləsə münasibətim pisdi.Mən futbolçu  yaxud da məşqçi deyiləm kiŞahin Diniyevlə aramızda hər hansı bir qalmaqal baş versin. Kimin qismətində  varsa, o da olacaq. Allah yazıbsa, həyata keçəcəkƏks halda,  istəyirsən elə, xeyri yoxdu. Məşqçi kimi Diniyevə hörmətim var. Yaxşı mütəxəssisdi. Münsibətimiz  qaydasındadı”.
Musayevin növbəti yalanına siz şahid olduz. deyək, kişi düzüb-qoşmağın mahir ustasıdır da. Bu məsələni belə yola verdi, guya da...
Təbiətcə mülayim insan olan Şahin Diniyevin münasibətini öyrəndik. Onunla söhbət zamanı açıq şəkildə bilinirdi ki, Diniyev yalan danışmaqdan utanaraq sualımıza cavab vermək istəmir, amma biçarə qalıb məcburi yalan danışmaqdan da qaça bilmədi: “Sizdən qabaq başqa bir jurnalist  zəng vurub, bu haqda sual verdiOna da bunların hamısının şaiyə olduğunu bildirdim. Deyilənlər hamısı yalandıÜmumiyyətlə, hamıyla münasibətim normaldı. Digər tərəfdən isə adam faktla danışar, amma mənim əlimdə elə bir fakt yoxdur ki, Ramin Musayev mənlə bu cür düşmənçilik edir. Ona görə bu haqda nəsə deməyim düzgün deyil. “Rəvana gəlincə, gizlətmirəm, onlarla sözhbətimiz olub. Ancaq indi yox, çoxdan. Yaxın vaxtlarda belə bir söhbətimiz olmayıb. mən tərəfdən, onlar tərəfdən bunu konkretləşdirməmişik. Yalan danışmağın yeri yoxdu. Sadəcə barəsində fikir mübadiləmiz olub. Ondan sonra isə heç bir danışığımız  olmayıb”.
Şahin müəllimə verdiyimiz çoxlu sayda sualların cavabarından bunları çıxardıb diqqətinizə ərz etdik. Yəqin ki yox, mütləq olaraq bunları Ramin Musayev oxuyacaq, Bəhruz Şirəliyev , Şahin Diniyev . Əvvəlcə Musayevə sözümüz olacaq. Ramin müəllim, hər necə insansızsa, bunu qoyaq kənara. Amma düşünün ki, bir nəfərin işinə, işləməsinə əngəl olmaqla onun ailəsinin, balalarının çörəyinə mane olursuz. Düzdür, Diniyev acından ölmür, amma o da işləmək istəyir. Səddinizi çəkin onun önündən. Heç olmaya, Diniyevin sizi pis ayaqda qoymamasından ar edin.
Rəvanın rəhbəri Bəhruz müəllim, sizin klubun Nuru Əliyev kimi sahibi var. O ola-ola, ipinizi Musayevin ya başqa birisinin əlinə verməyin. İstədikləri vaxt sağa da çəkəcəklər, sola da. Özünüzü klubunuzu oyuncağa çevirməyin.
Diniyevə gəlincə, Şahin müəllim İsrailyahudi məktəbi görüb, ona nəsə deməyəcəyik. Özü bilən məsləhətdir, amma haqının tapdalanmasına da göz yummamalıdır.


 Sahib ZEYNALOV

 

"Het Trik News" qəzeti


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail