Böyükağa Hacıyev: "Avrokuboklarda yazdığımız tarixin davamını gətirməliyik"

14.01.2013 | 3556 dəfə oxunub

"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev komandanın Antalya hazırlığı  barədə klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis komanda üçün yaradılan şəraitdən razıdır: "Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Məşq keçdiyimiz "Mardan" İdman Kompleksində bunun üçün hər bir şərait yaradılıb. Hər gün 2 məşqimiz olur - səhər və axşam. Hazırlığın ilk mərhələsi əsasən fiziki tapşırıqlardan ibarətdir. İkinci mərhələdə isə daha çox taktiki-texniki məsələlərə diqqət ayıracağıq. Bir neçə gənc futbolçu da əsas komanda ilə hazırlığa qatılıb. Bu da onların təcrübə qazanması və yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməsi üçün bir şansdır. Hazırlıq müddətində yoxlama oyunları da keçirəcəyik. Antalya təlimlərindən sonra komanda daha yaxşı səviyyədə olacaq. Məqsədimiz ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olmaqdır. Ölkə kubokunda da eyni dərəcədə iddialıyıq. Avrokuboklarda yazdığımız tarixin davamını gətirməliyik". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail