"Sumqayıt" məşqlərə başladı

14.01.2013 | 3743 dəfə oxunub

“Sumqayıt” Futbol Klubu istirahəti başa vurub. Stadium.az xəbər verir ki, komanda Bernhard Raabın rəhbərliyi altında Bayıl Arena-da ilk məşqinə çıxıb. Səhər saatlarında hazırlıq keçən komandanın heyətində zədəli futbolçu yer almır. Bərpa prosesini yekunlaşdırmış Murad Doymuş və Taner Taktak artıq komanda ilə birlikdə məşq edir. U-19 heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə iştirak edən Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə məşqlərə nisbətən gec qoşulacaq.

Qeyd edək ki, “Sumqayıt” FK gündə iki dəfə olmaqla hazırlığını davam etdirəcək. Bernhrad Raabın komandası bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 19-da əvəzedicilər, 26-da “Rəvan” və fevralın 2-də “Kəpəz”lə üz-üzə gələcək. Yoxlama oyunlarının keçiriləcəyi saatlarla bağlı saytımızda məlumat verəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail