AFFA üçün ən sərfəli hakim kimdi? ARAŞDIRMA

ASSOSİASİYANIN QƏRARINDAN ƏN ÇOX ÖZ “ÖVLAD”I ƏZİYYƏT ÇƏKİR

14.01.2013 | 5930 dəfə oxunub

Bir neçə il əvvəl Azərbaycan çempionatının nizamnaməsinə yeni bənd əlavə olunmuşdu. Qərara alınmışdı ki, bir oyunda 4 daha artıq sarı vərəqə alan klub 1000 manat həcmində cəzalansın. Əslndə bu addım özlərinin dediyinə görə, oyun zamanı futbolçuların daha intizamlı oyun nümayiş etdirmələri, “Fair-playqaydalarına riayət etmələri bu kimi məqsədlərlə atılmışdı. Qərarın özünü dərəcədə doğrultmasını deyə bilmərəm, amma qayda pozuntularından federasiyanın büdcəsinə samballı pulların axması göz qabağındadı.

Hər həftə İntizam Komitəsininin iclasından sonra klubların qədərtərləməsihaqda açıqlanan qərarlarda rastlaşırıq. Bəs, görəsən cari mövsümdə bu qərarın hesabına AFFA qədər irəli düşüb? Ya da bu qərardan ən çox əziyyət çəkən klub hansıdır?

Bu sualların cavabına keçməmişdən öncə qısaca xatırladaq ki, başa vurduğumuz 2012-ci ildə Topaz Premyer Liqasının cari mövsümündə 108 oyun baş tutmalıydı. Bu oyunlardan ikisi təxirə salındığından yeni ildə keçiriləcək. 1 oyunun – “Simurq” – “Rəvanmatçının nəticəsi isə ləğv olunaraq, paytaxt klubuna texniki məğlubiyyət verildi.

AFFA 49 MİN MANAT QAZANIB

Cari mövsümdə baş tutan 106 oyunda 49 dəfə vərəqə limiti pozulub. Bir sözlə, AFFA sarı vərəqə limitinə görə 49 min manat irəli düşüb. Sarı vərəqə limitini 12 klubdan 11-i pozub. Maraqlıdır ki, “Qarabağ” 1 dəfə olsun 1 oyunda 3-dən artıq sarı vərəqə almayıb. Daha da maraqlısı odur ki, AFFA-nın bu qərarından ən çox əziyyət çəkən elə özövladı – “Sumqayıt. Sumqayıt klubu 7 dəfə sarı vərəqə limitini pozub. “Xəzər Lənkəran”, “TuranKəpəzisə hərəyə 6 dəfə sarı vərəqə limitininqurbanına çevriliblər. “Simurq”, “RəvanNeftçi” 5, “Bakı” 4, “İnter AZAL isə 2 dəfə eyni cəzaya məruz qalıblar. Sarı vərəqə limitini ən az pozan klub isəQəbələdir. Əyalət təmsilçisi cəmi 1 dəfə AFFA-ya sarı vərəqələrə görə pul ödəyib.

MƏMMƏDOV REKORDÇUDU

Geridə qalan oyunlarda baş hakim kimi təyinat alan 9 referinin hamısı ən azı 1 oyunda hansısa komandanı minimum 4 sarı vərəqə ilə cəzalandırıb. Bu mübarizədə ən çox fərqlənən ədalət təmsilçisi, necə deyərlər, AFFA-ya ən çox xeyir verən hakim Elçin Məmmədovdu. Futzal üzrə FİFA referisi olan Məmmədov 11 dəfə hər hansı bir komandanı ən azı 4 dəfə sarı vərəqə ilə cəzalandırıb. Bu yolla Məmmədov assosiasiyaya 11 min manat xeyir verib. Maraqlıdır ki, Elçin Məmmədov bu baxımdan rekordçu olsa da, oyun sayına görə (14) üçüncüdür. Məmmədov 8 klubuAZAL, “Rəvan”, “Sumqayıt”, “Xəzər Lənkəran”, “Simurq”, “Turan”, “KəpəzNeftçinin bu üsulla cəzalandırıb. Bu 8 kollektivdən üçü – “Sumqayıt”, “SimurqNeftçiMəmmədovun idarə etdiyi oyunlardan sonra ikiqat cəza ödəyib.

SALMANOVSA AFFA-YA 8 MİN XEYİR VERİB

Bu mübarizədə Elçin Məmmədovun ən yaxın izləyicisi Anar Slmanovdur. 13 dəfə baş hakim kimi başında olan FİFA referisi sarı vərəqə limitinə görə assoasiyaya 8 min manat xeyir verib. Bir sözlə, 8 dəfə hər hansı bir komandanın oyunun gedişində minimum 4 sarı vərəqə ilə cəzalandırıb.

Salmanov 7 müxtəlif klubu 1000 manat ziyana salıb. Anar Salmanovun qərarlarından sonraİnter”, “Qəbələ”, “Turan”, “Simurq”, “SumqayıtKəpəzhərəyə 1, “Bakıisə 2 dəfə cərimə ödəməli olub.

HƏSƏNOV DA ÜMİDLƏRİDOĞRULDUR

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sevimli hakimlərindən olan, hətta FİFA referisi adını alan (dağıl ey dünya, dağıl) Rəhim Həsənov sarı vərəqə paylamaqla da ümidləridoğruldur”. Gənc hakimin qərarlarından sonra AFFA 7 min manata irəli düşüb. Həsənov 6 müxtəlif klubu ziyana salıb. 15 oyunda baş hakim olan Həsənov hamıdan çoxTuranı xərcə  salıb – 2 dəfə. Rəhimin idarə etdiyi matçlardan sonra isəRəvan”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “BakıKəpəzhərəyə 1 dəfə min manat cərimə olublar.

15 MİNLİK TRİO

Artıq sabiq FİFA referisi hesab olunan Vüsal Əliyev, Fariz Yusifov, eləcə Rauf Cabbarov AFFA-ya hərəyə 5 min xeyir veriblər13 dəfə matçlara baş hakim kimi təyinat alan Fariz Yusifov cəmi 3 klubu 1 oyunda minimum 4 sarı vərəqə ilə cəzalandırıb. Təcrübəli hakimNeftçiXəzər Lənkəranın hər birini 2 dəfə xərcə salıb. Daha 1 oyunda isə, daha da dəqiqləşdirsək, “Qəbələilə səfər oyununda Yusifov AZAL-ın 4 futbolçusuna sarı vərəqə göstərib.

Fariz Yusifov kimi Vüsal Əliyev 13 oyunda baş hakim olub. Lakin həmkarından fərqli olaraq, Əliyev 5 müxtəlif klubu minimum 4 sarı vərəqəyəqonaq edib”. Əliyevin qəzəbinə tuş gələnlərTuran”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “NeftçiSimurqdu

Rauf Cabbarov təcrübəli həmkarlarından oyun sayına görə geri qalsa da, (Cabbarov 10 oyunda baş hakim olub) sarı vərəqə paylamaqda onlarla ayaqlaşmağa çalışır. Cabbarovun oyunlarında 5 dəfə sarı vərəqə limiti pozulub ki, bunun da ikisindəRəvan” “radara düşüb”. “Sumqayıt”, “İnterBakıisə Cabbarovun idarə etdiyi oyunlardan sonra AFFA-nın hesabına 1000 manat köçürməli olublar.

ƏLİYAR AĞAYEV - XEYİRVERMƏZ

Cəmi 8 oyunda baş hakim kimi başında olan Elvin Əsgərov 4 klubu minimum eyni sayda sarı vərəqə ilə cəzalandırıb. Gənc hakim 2 dəfəKəpəzi, hərəyə 1 dəfə isəTuranlaRəvanı ziyana salıb.

Sarı vərəqə limitinə görə AFFA-nın ən xeyirverməz hakimi müsabiqəsi keçirilsəydi, bu yarışmada qeyri-şərtsiz qalib Əliyar Ağayev olardı. 16 dəfə baş hakim olan bu baxımdan bütün həmkarlarını qapayan Ağayev cəmi 3 dəfə bir komandaya bir oyunda minimum 4 sarı vərəqə göstərib. Bir sözlə, Ağayev 16 oyun idarə etməsinə baxmayaraq, cəmi 3 min AFFA-ya xeyir verib. Əliyar Ağayev vərəqə limitinin pozulmasına görə hətta özündən 2 dəfə az oyun (8) idarə edən Elvin Əsgərovdan da geri qalır. Yeni FİFA referimiz yalnızXəzər Lənkəran”, “SumqayıtSimurqu sarı vərəqə limitini aşdıqlarına görə 1000 manat cərimə ödəməyə məcbur edib.

Baş hakim kimi cəmi 4 oyuna təyinat alan Orxan Məmmədov yalnız 1 komandanı sarı vərəqə limitinə görə xərcə salıb. Belə ki, gənc hakimSimurqla səfər oyunundaKəpəzin az, çox – 7 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb.

İlqar TAĞIYEV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail