Azər Məmmədov “tam sərbəst” oldu

14.01.2013 | 3610 dəfə oxunub

"Kəpəz"in kapitanı Azər Məmmədov klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu müsahibəsində futboldan kənar mövzulardan danışıb.  

Kino
Açığı, siz deyən elə də televizora baxan deyiləm. Bu vaxtla bağlı deyil. Sadəcə olaraq, indiki filmlərin əvvəlinə baxanda axırını bilmək olur. Çoxu maraqsızdır. Amma maraqla baxdığım filmlər də var. “Axırıncı aşırım” belə kinolardandır. Nə vaxt versələr, oturub baxıram. Dəfələrlə baxmağa belə hazıram. Çünki o bədii filmdə kişi üçün böyük dərs var. Ona görə bu əsəri yüksək qiymətləndirirəm.

Avtomobil 
Avtomobil həvəskarı deyiləm. Amma hamı kimi mən də yaxşı maşın sürmək istəyərəm. Bahalısı olmayananda da hec vaxt heyfislənməmişəm. Yaxşısını almışam, bir az sürüb satmışam da. Sürətli sürməklə də aram yoxdur. Avtomobil idarə edərkən qaydaları pozmamağa çalışıram. İlk avtomobilim Rusiya istehsalı olan “VAZ 2107” markalı olub. Onda 26 yaşım vardı. Sonra “VAZ 21 099” aldım. Tədricən digər ölkələrin istehsalı olan avtobillərə keçdim. Bu məna da ilk olaraq “Volkswagen Golf5” markalı maşın aldım. Ardınca “İnfiniti” sürdüm. Hazırda sürdüyüm isə Almaniya istehsalı olan “Mercedes E 240” markalı avtomobildir.

Dəb 
Sözün düzü, geyimdə rənglərə fikir vermirəm. Yəni bu mövsümün dəbdə üstünlük yaşıladırsa, hökmən yaşıl geyinməliyəm və ya göydürsə, göy. Yox, mən belə şeyləri ciddiyə almasam da, həmişə çalışıram ki, yaxşı və səliqəli geyinim. Səliqəli geyinməyi daha çox xoşlayıram. Bir söz var ki, deyirlər insanın ayaqqabısının təmizliyinə baxıb səliqəli olub-olmadığı haqda qərar verirlər. Çalışıram geyindiklərim təmiz olsun. Hərdən dükanlara girib, brend olan firmalardan mal alıram. Amma xoşuma gələn halda. Xoşuma gəlmirsə, nə olsun ki, brenddir? Ümumiyyətlə, nə olsa geyinirəm. Yaraşandan sonra nə geyimsəm özümə uyğun olacaq.

Siyasət 
Siyasətlə heç maraqlanmıram. Mənlik deyil. Çətin işə bənzəyir.

Peşə 
Futbolu seçməsəydim yəqin ki, ticarətçi olardım. Bu peşə mənə daha yaxındır. Özümə iş-güc qurardım. İstərdim dükanım, restoranım və ya ofisim olardı. Sakitcə öz işimlə məşğul olardım. Sərbəst iş qrafiki seçərdim ki, mənə işə nə vaxt gəlib-getməklə bağlı göstəriş verən olmasın. Necə deyərlər öz əlim, öz başım olardı.

Uşaqlar 
Həddindən artıq uşaqcanlıyam. Ən kədərli vaxtında belə uşaqlar insanın əhval-ruhiyyəsini müsbətə doğru dəyişə bilər. Tək öz övladlarımı deyil, bütün uşaqları sevirəm.Üç uşağım var. Hələ onlar məndən şikayət etməyiblər. Onlara heç vaxt əl qaldırmamışam. Bəziləri deyirlər ki, guya uşağı vurmaqla tərbiyələndirmək olar. Mən belə düşünmürəm və bununla razı deyiləm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail