"Mən rəqabətdən heç vaxt qorxmamışam" Müsahibə

11.01.2013 | 4538 dəfə oxunub

"Kəpəz"in qapıçısı Xəyal Zeynalov klubun rəsmi saytına müsahibə verib. Qolkiper komandanın çıxışından, öz oyunundan və digər məsələlərdən danışıb. Stadium.az həmin müsahibəni təqdim edir:

Xəyal, ilk növbədə komandanın cıxışına münasibətini bilmək istərdik.

Hamıya məlumdu ki, komandanın çıxışı ürəkaçan deyil. Yola saldığımız ildə qeydə alınan nəticəmizdən heç cür razı ola bilmərəm. Mövsümün əvvəlində "Kəpəz"in belə çıxışı gözlənilən deyildi. Amma çempionatın gedişində vəziyyətimiz göründü. Zəif oyun sərgilədik və turnir cədvəlində arzuedilməz yerdə qərarlaşdıq.

Bu mövsum ötən ilkindən fərqli qapıda daha çox dayandın. Bunu nə ilə izah edərsən?

Əvvəlki məşqçilər mənə şans verməyə üstünlük vermirdilər. Bunun səbəbi komandada olan legioner qapıcılar idi. Lakin mən əcnəbi həmkarlarımla öz aramda elə də ciddi fərq görmürdüm. Mahmud Qurbanov isə mənə şans verdi. Heyətdə kimin oynamasını məşqçi təyin edir. Yəni futbolçunun oynayıb-oynamamasın da seçim məşqçinin əlindədir. Öz oyunumdan hardasa 70 faiz razı qaldım. İki il ehtiyatda qalan qapıçı ücün bu göstərici qənaətbəxşdir.

Top ən son qapıcıdan keçib tora daxil olur desək, məğlubiyyətlərdə rolunu necə görərsən?

Mən demirəm ki, uduzduğumuz oyunlarda günahım olmadı. Özümü ən çox günahkar gördüyüm oyun "Xəzər Lənkəran"la görüşümüz oldu. Çünki bu oyunda 11 metrlik cərimə zərbəsinə səbəb oldum. Həm də lazım olmayan halda kobud oynadım.

Penaltidən top çıxardığın da oldu...

Qapıda durduğum oyunlarda əleyhimizə üç penalti təyin olundu və bu zərbələrdən birini dəf etdim. Səkkiz oyunda "çərçivə"də durdum. Həmin matçlarda bir qələbə qazanıb, üç dəfə heç- heçə edib, dörd görüşdə məğlub olduq. Ən acı məğlubiyyət "Neftçi" ilə görüşdə oldu ki, 4 top buraxdım. Öz çıxışımdan az da olsa razıyam.

Əsas heyətdə yer almaq uğrunda əsas rəqibin olan İvan Radoşun komandadan göndərilməsindən sonra şansın bir qədər də artdı. Sən nə düşünürsən?

Mən rəqabətdən heç vaxt qorxmamışam. Radoş normal qapıçı idi. Mənim legioner və ya yerli qapıçılarla problemim olmayıb. Baş məşqçimiz şans verəcəyi təqdirdə yenə canla-başla "Kəpəz"imiz üçün əlimdən gələni edəcəyəm.

Mövsümün qarşıdakı hissəsi haqda nə düşünürsən?

Hələ heç nə deyə bilmərəm. Zamanla nəyə layiq olduğumuzu, nə bacardığımızı görəcəyik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, rəqiblərdən çəkinməyib, mübarizə aparacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail