"Bakı" yeni ildə ilk məşqinə çıxıb

09.01.2013 | 3244 dəfə oxunub

Qış fasiləsindən sonra bir araya gələn "Bakı" bu gün klubun təlim-məşq bazasında ilk məşqinə çıxıb. Stadium.az xəbər verir ki, baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardınca yüngül təmrinlər yerinə yetiriblər.

İlin ilk məşqi yüksək əhval-ruhiyyə ilə müşayət olunub. Viza məsələsində problem yaşanan və bu səbəbdən toplanış gününə qədər ölkəmizə gələ bilməyən Edemir Rodrigez və son çempionat oyununda zədələnərək xəstəxanaya düşən Edin Nuredineski məşqə qatılmayanlar arasında idilər. Makedoniyalı qapıçının düşərgəyə 2 gün sonra gələcəyi gözlənilir.

Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən Uinston Parks komandaya fevralın əvvəllərində qoşulacaq. 

Komandamızın heyətinə cəlb olunan Aqil Nəbiyev bugünkü məşqə "Bakı" forması ilə çıxıb.

5 gün ərzində məşqlərini təlim-məşq bazasında davam etdirəcək komanda bunun ardından qış təlim-məşq toplantısının məkanı Türkiyəyə yollanacaq.  Komandamız 14 yanvar tarixində Antalyaya yola düşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail