Adrian Pit: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir" Müsahibə

08.01.2013 | 4378 dəfə oxunub

“Xəzər Lənkəran”ın futbolçusu Adrian Pit Rumıniya mətbuatına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- 2010-cu ildən “Xəzər Lənkəran”da oynayıram. Hesab edirəm ki, ora getməklə düzgün seçim etdim. Ötən il Azərbaycanda ən yaxşı yarımmüdafiəçisi seçildim. Orada ilk ilimdə ölkə kubokunu qazandıq. 

- Bir vaxtlar Lənkəranda rumıniyalı futbolçular və Rumıniyada çıxış etmiş legionerlər vardı... 
- Bəli, bu, Mirça Rednikin baş məşqçiliyi dövründə idi. O, həmin oyunçuları gətirmişdi. Onda çox yaxşı komandamız vardı. Təəssüf ki, həmin heyət sonra dağıldı. 

- Azərbaycan futbolu ilə bağlı məlumat verərdiniz... 
- Azərbaycanda həm fiziki, həm də psixoloji baxımdan tam bərpa olundum. Oyundan-oyuna artırdım. Lazım olanda müdafiəçi də oynamışam. Fikrimcə, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Dubayda, dünyanın bir çox paytaxtlarında olmuşam. Ancaq Bakıda nəsə qeyri-adi tikililər olur. İndi digər şəhərlər də inkişaf etməyə başlayır. Azərbaycanda futbola əhəmiyyətli vəsaitin investisiya olunmağı nəticəsində 2012-ci ildə dünya çempionatı keçirildi. Bizim yaxşı şəraitimiz, bazamızda meydança, trenajor zalı, tennis kortları var. 

- Rumıniya çempionatının keçmiş oyunçularından sizə qoşulanlar var? 
- Bəli, Eder Bonfim. O, topuğunu sındırıb, fevralda qayıtmalıdır. Skarlatake də var. O, Buxarest “Dinamo”sunun keçmiş oyunçusudur. Digərləri serblər, xorvatiyalı, bolqarlar, Afrikadan oyunçulardır. Komandamızdakı futbolçuların çoxu legionerlərdir. Bu, normaldır. Burada 7 legionerin meydanda olmağına icazə verilir. Yerli futbolçu 4 nəfərdir ki, onlardan birinin yaşı 21-dək olmalıdır. 

- Azərbaycanda liqa hansı sistemlə keçirilir? 
- Güclülər dəstəsində 12 komanda çıxış edir. İlk 6 yeri tutan komanda pley-offda oynayır. Digər 6 komanda isə qalmaq uğrunda mübarizə aparır. Bir komanda Çempionlar Liqasına gedir. Avroliqada 3 komanda vəsiqə qazanır. Bunlardan biri ölkə kubokunun qalibidir. 

- Azərbaycanlı futbolçuları bəyənirsiniz? 
- Azərbaycan yığmasında 5 oyunçumuz var. Onlar əsasən müdafiədəndir. Cəsarətləri daha çox olsaydı, daha çox matç qazana bilərdilər. Xaricə getməməklə çox şey itiriblər. Ancaq burada qələbə qazanmaqla yaxşı pul qazanmaq mümkündür. Oradakılar milliləşdirmək üçün oyunçular axtarırlar. Azərbaycanda çoxlu yeni stadionlar var. Bunlardan “Neftçi” yeni arenada oynayır. “İnter”in də Bakıdakı stadionu yenilənib. 

- Bizim futbol Azərbaycanda necə görünür? 
- Yaxşı. Çünki orada çoxlu rumıniyalılar olub və bu, bəhrəsini verib. Biz 6 aydan sonra ölkə kubokunu qazandıq. Komandamızda Vobay, “Astra”dan Mureşan, “Dinamo”dan Muşatla Simau, habelə, Bonfim, Rikardo, Borbeli, Pitsurka, Kyaku, Doman, Stanku da vardı. Rumıniyada oynayan futbolçularla maraqlanırlar, idman direktorumuz orada oyunlarımızı görüb. İstirahət günlərində istədiyin hər şeyi edə bilərsən. Əlbəttə, əgər futbol oynamaq istəyirsənsə, hər şey özündən asılıdır. Məzuniyyətdə olduğun müddətdə istədiyini etmək mümkündür, ancaq komandanın daxilində olanda, yalnız futbol haqda düşünməlisən. 

- Hazırlığınız necə olacaq? 
- Yanvarın 14-də Antalyada hazırlığa başlayacağıq. Həmin vaxt sağlam olmalıyıq. 2-3 yeni oyunçu gələ bilər. Çünki bizdə rəqabətin artmağı lazımdır. 4 oyunumuz qalır və “altılığ”a düşmək üçün qalib gəlməliyik. Hər il çempionatda məqsədimiz var. Bu il bir az geridəyik. Çoxlu səhvlərimiz oldu. 

- Gələcək planlarınız necədir? 
- Mənim Lənkəran klubu il yarımlıq müqaviləm var. Şübhəsiz ki, bundan da orda qalmaq istəyirəm. Lənkəranda sevilirəmsə, niyə getməliyəm ki? Bu, oyunçu üçün çox vacibdir ki, sevildiyi yerdə olsun. Bu, daha yaxşı nəticələr verir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail