"Xəzər Lənkəran" “Rapid”, “Krivbas” və “Pribram”a qarşı

08.01.2013 | 2879 dəfə oxunub

Cari mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə “Xəzər Lənkəran” Türkiyənin Antalya şəhərinə yola düşəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandanın təlim-məşq toplanışı 13 yanvar tarixində başlayıb 5 fevralda bitəcək. Qış fasiləsi dönəmində komandaya bütün mövqelər üzrə yeni futbolçuların da cəlb olunması nəzərdə tutulub. Bu məqsədlə bir sıra futbolçu komandanın düşərgəsində baxışdan keçəcək. Toplanış çərçivəsində bir neçə sınaq oyununun keçirilməsi planlaşdırılıb. Belə ki, “Xəzər Lənkəran” 19 yanvar tarixində Moldovanın “Rapid” klubu, 22 yanvar tarixində Ukraynanın “Krivbas” klubu, 30 yanvar tarixində isə Çexiyanın “Pribram” klubu ilə yoldaşlıq görüşləri keçirəcək. Bundan başqa, komandan 26 yanvar və 2 fevral tarixlərində daha iki yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.
Xatırladaq ki, komanda bu müddət ərzində Antalyada məşhur “Ela Quality Resort Hotel”-də qalacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail