Ceyhun Sultanov "Qəbələ" ilə 1 illik müqavilə imzaladı

08.01.2013 | 3777 dəfə oxunub

“Qəbələ” 2013-cü ilin ilk transferini reallaşdırıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Ceyhun Sultanovla 1 illik müqavilə imzalanıb. Daha öncə “Fərid” (1996/97), “Neftçi” (1997/98), “Bakı” (1998-01, 2003-2005), “Maşınsazi” (İran, 2003),  “Xəzər Lənkəran” (2006-10), “Kəpəz” (2010-12) kimi komandalarda top qovan futbolçu cari mövsümün ilk yarısını “Sumqayıt”da keçirib. “Bakı”da 19, “Kəpəz”də 7, “Xəzər Lənkəran”da 3, “Sumqayıt”da 1 dəfə fərqlənən yeni transfer ümumilikdə 30 qol vurub.
Ceyhun Sultanov 2 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan kubokunun qalibi olub. 2008-ci ildə isə “Birlik kuboku”nu qazanıb. Qeyd edək ki, Azərbaycan milli komandasında 16 oyun keçirən Sultanov 1 qol vurub və 1 matça kapitan sarğısı ilə çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail