Arif Əsədov: "Rəqibin adı futbolçularımıza psixoloji baxımdan təsir göstərmişdi"

07.01.2013 | 3743 dəfə oxunub

“Oyuna çox zəif başladıq – görünür, rəqibin adı futbolçularımıza psixoloji baxımdan təsir göstərmişdi". Stadium.az xəbər verir ki, bu sözləri Çexiya ilə oyundan sonra 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Arif Əsədov deyib. A.Əsədov fasilədən sonra komandamızın daha çox cəsarətli oynadığını bildirib: "Birinci hissədə daha çox müdafiə olunaraq oyunumuzu əks-hücumlar üzərində qururduq. Fasilədən sonra daha cəsarətli oynayaraq təşəbbüsə yiyələndik. Əvəzetmələrin də sayəsində oyunumuzu gücləndirdik. Bugünkü qarşılaşmada hakimliyin səviyyəsinin çox aşağı olduğunu qeyd etməliyəm. Futbolçumuza qırmızı vərəqə əsassız yerə göstərildi. Bununla belə, azlıqda qaldıqdan sonra oyunumuzun sürəti aşağı düşmədi, əzmkarlıqla mübarizə apardıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail