"Qızıl top" sayında yeddinci yerə hansı ölkə yüksələcək?

07.01.2013 | 3840 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bu gün "Qızıl top"un yeni sahibi bəlli olacaq. İlin ən yaxşı futbolçusu hələlik bəlli olmasa da, onun ya Argentina, İspaniya və Portuqaliyadan olacağı dəqiqdir.

Stadium.az xəbər verir ki, bu günədək 18 müxtəlif ölkənin futbolçuları "Qızıl top"a yiyələniblər. Bu siyahıda lider Almaniyadır. Almaniyanın 5 müxtəlif futbolçusu 7 dəfə "Qızıl top"a yiyələnib. Almanlar kimi hollandlar da 7 dəfə bu mükafata sahib çıxıblar. Lakin "narıncılar"ın cəmi 3 futbolçusu ən yaxşı seçilib. İlk "üçlüy"ü fransızlar qapayır. "Xoruzlar ölkəsi"nin 4 müxtəlif oyunçusu 6 dəfə dünyanın ən yaxşısı seçilib. Digər ölkələr üzrə sıralama isə aşağıdakı kimidir: İtaliya 5 dəfə (5 futbolçu), İngiltərə 5 dəfə (4 futbolçu), Braziliya 5 dəfə (4 futbolçu), SSRİ 3 dəfə (3 futbolçu), Portuqaliya 3 dəfə (3 futbolçu), İspaniya 3 dəfə (2 futbolçu), Argentina 3 dəfə (1 dəfə), Çexiya 2 dəfə (2 futbolçu), Ukrayna 1 dəfə, Şotlandiya 1 dəfə, Macarıstan 1 dəfə, Danimarka 1 dəfə, Bolqarıstan 1 dəfə, Liberiya 1 dəfə, Şimali İrlandiya 1 dəfə.    

Siyahıdan da göründüyü kimi, bu gün qələbə qazanacağı halda, həm İspaniya, həm Portuqaliya, həm də Argentinanın sahib çıxdığı "Qızıl top"un sayları 4-ə çatacaq və həmin ölkə siyahıda yeddinci yerə yüksələcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail