Messi ardıcıl dördüncü dəfə "Qızıl top"a sahib çıxdı

07.01.2013 | 5792 dəfə oxunub

Bu gün FİFA-nın versiyasına əsasən 2012-ci ilin ən yaxşı futbolçusu bəlli olacaq. Stadium.az xəbər verir ki, "Qızıl top"un təqdimetmə mərasimi bu gün Sürix şəhərində baş tutacaq. Qalib adı uğrunda 3 futbolçu - Lionel Messi, Andreas İnyesta və Kriştianu Ronaldo mübarizə aparacaq.

2009, 2010 və 2011-ci illərdə olduğu kimi, Messi yenə də qalib olsa, argentinalı ulduz "Qızıl top"un 4 qat sahibi olacaq ki, bu uğura da heç bir futbolçu imza ata bilməyib. 

Qeyd edək ki, Messi kimi Mişel Platini, Yohan Kroyf və Marko Van Basten də 3 dəfə bu mükafata sahib çıxıblar. 

***

Bu günədək 19 müxtəlif klubun futbolçusu ilin ən yaxşısı seçilib. Bu siyahıda "Barselona" və "Yuventus" 9 oyunçu ilə şərikli liderdirlər. Bu isə o deməkdir ki, Messi ardıcıl 4-cü dəfə qalib olsa, "Barsa" "Qızıl top" qazanan futbolçularının sayına görə vahid lider olacaq. Bu mübarizədə ilk "üçlüy"ü 8 "Qızıl top"la "Milan" qapayır.

Digər klubların sıralaması isə belədir: "Real" (İspaniya) - 6, "Bavariya" (Almaniya) - 5, "Mançestr Yunayted" (İngiltərə) - 4, "Dinamo" (Kiyev, SSRİ), "İnter" (İtaliya), "Hamburq" (Almaniya) - hər biri 2, "Blekpul" (İngiltərə), "Dukla" (Çexiya), "Dinamo" (Moskva, SSRİ), "Benfika" (Portuqaliya), "Ferentsvaroş" (Macarıstan), "Ayaks" (Hollandiya), "Borusiya" (Münhenqladbax, Almaniya), "Olimpik" (Fransa), "Borusiya" (Dortmund, Almaniya), "Liverpul" (İngiltərə) - hər biri 1. 

***

Bu günədək 18 müxtəlif ölkənin futbolçuları "Qızıl top"a yiyələniblər. Bu siyahıda lider Almaniyadır. Almaniyanın 5 müxtəlif futbolçusu 7 dəfə "Qızıl top"a yiyələnib. Almanlar kimi hollandlar da 7 dəfə bu mükafata sahib çıxıblar. Lakin "narıncılar"ın cəmi 3 futbolçusu ən yaxşı seçilib. İlk "üçlüy"ü fransızlar qapayır. "Xoruzlar ölkəsi"nin 4 müxtəlif oyunçusu 6 dəfə dünyanın ən yaxşısı seçilib. Digər ölkələr üzrə sıralama isə aşağıdakı kimidir: İtaliya 5 dəfə (5 futbolçu), İngiltərə 5 dəfə (4 futbolçu), Braziliya 5 dəfə (4 futbolçu), SSRİ 3 dəfə (3 futbolçu), Portuqaliya 3 dəfə (3 futbolçu), İspaniya 3 dəfə (2 futbolçu), Argentina 3 dəfə (1 dəfə), Çexiya 2 dəfə (2 futbolçu), Ukrayna 1 dəfə, Şotlandiya 1 dəfə, Macarıstan 1 dəfə, Danimarka 1 dəfə, Bolqarıstan 1 dəfə, Liberiya 1 dəfə, Şimali İrlandiya 1 dəfə.    

Siyahıdan da göründüyü kimi, bu gün qələbə qazanacağı halda, həm İspaniya, həm Portuqaliya, həm də Argentinanın sahib çıxdığı "Qızıl top"un sayları 4-ə çatacaq və həmin ölkə siyahıda yeddinci yerə yüksələcək. 

***

Artıq "Qızıl top"un təqdimetmə mərasimi start götürüb. Tədbirə canlı tamaşa etmək istəyənlər aşağıdakı video sözünün üzərinə klik etməklə tədbirə baxa bilərlər.  

ВИДЕО

***

LİONEL MESSİ ARDICIL DÖRDÜNCÜ DƏFƏ "QIZIL TOP"A SAHİB ÇIXDI!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail