"Land of fire Azerbaijan" ən uğurlu reklam seçildi

07.01.2013 | 3442 dəfə oxunub

Rusiyanın nüfuzlu "Sovetskiy sport" nəşri ötən ilin geridə qalan son həftəsinə yekun vurub. Stadium.az "Bakı" klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, gündəlik olaraq 400 min tirajla çap olunan və ölkənin ən çox satılan idman nəşri olan "Sovetsliy Sport" 2012-ci ilin son həftəsini dəyərləndirib. 

İllik tirajı milyonlarla ölçülən qəzetin fikrincə, "Atletiko" Madrid klubunun oyun forması üzərində yer alan "Land of fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) Avropada ən effektli reklam vasitəsi kimi ilk sırada yer alır. Bu sahədə araşdırma aparan rusiyalı jurnalistlər reklam vasitəsinin "Bakı" futbol klubu və "Atletiko" Madrid arasında imzalanan əməkdaşlıq müqaviləsinin tərkib hissəsi olduğunu qeyd edərək, əldə olunan anıaşma əsasında klubların oyunçu təcrübəsi, mütəxəssis mübadiləsi, yoldaşlıq oyunlarının təşkili, uşaq futbolunun inkişafı istiqamətlərində böyük bir layihəyə imza atdıqlarını qeyd edirlər. 

"Bakı" futbol klubu və "Atletiko" Madrid arasında başlanan əməkdaşlığa yüksək qiymət verən "Sovetskiy sport" İspaniya klubunun idarə heyətinin sədri Migel Angel Hil Marinin "bu reklam bizim Azərbaycana və onun qədim xalqına olan hörmətimziin göstəricisidir" sözlərini sitat gətirib. 

Rusianın ən qədim və köklü idman qəzeti Migel Angel Hil Marinin "oyun formalarında yerləşdirilən "Land of fire Azerbaijan" bizim hədiyyəmizdir və buna görə klubumuza heç bir vəsait ödənilməyib" ifədəsini xüsusi qeyd edərək, adıçəkilən reklam vasitəsinə Avropada həftənin reklamı kimi yüksək qiymət verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail