Rail Məlikov: "Məni "Qəbələ"yə buraxan kimdir ki?"

06.01.2013 | 4685 dəfə oxunub

Yayılan son xəbərlərə inansaq, Rail Məlikov "Dənizlispor"dan ayrılaraq vətənə dönür. Belə ki, Railin "Qəbələ" klubu ilə danışıqlar aparması barədə xəbərlər dolaşır. Məsələyə aydınlıq gətirmək üçün Məlikovun özüylə danışdıq. Stadium.Az saytına açıqlamasınd Rail bunu təkzib etdi: "Düzünə qalsa, bu xəbəri ilk dəfə sizdən eşidirdim. Mən "Qəbələ"ylə hələ "Neftçi"dən ayrılmamışdan əvvəl, bu klubla müqavilənin müddətini uzatmamış danışmışdım, amma Sadıq Sadıqova söz verdiyim üçün komandanı tərk etmədim. Sonra da "Dənizlispor"a keçdim. Hazırda "Qəbələ"ylə danışıq aparmağım, bu komandaya keçmək istəyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Məni "Qəbələ"yə buraxan kimdir ki? Çünki klubla hələ mövsümün sonuna kimi müqaviləm var. Buna baxmayaraq, mənim həm "Qəbələ"yə, həm də o klubun baş məşqçisi Ramiz Məmmədova böyük hörmətim var. Hətta deyərdim ki, Azərbaycanda iki yaxşı məşqçi varsa biri Ramiz müəllimdi. Buna görə o komandada oynamaq istəyərəm, amma burada klubumla müqaviləm var. Onlar da məni buraxmırlarsa, başqa nə edə bilərəm ki?".
Daha əvvəl Railin Super Liqa klublarından birinə keçəcəyi də deyilirdi. Bu məsələyə aydınlıq gətirməsini istədik: "Bu söhbət yenə vardı, amma "Dənizlispor" mənə görə qarşı tərəfdən çox böyük məbləğdə pul istəi. Buna görə də transfer alınmadı, amma hələ söhbətimiz qalır. Ola bilsin, mövsümün sonunda alınsın. Çünki onda azad futbolçu olacam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail