"Bakı" gələn həftədən etibarən bir araya gələcək

05.01.2013 | 3065 dəfə oxunub

İl sonu ilə əlaqədar ölkə çempionatında yer alan fasilə başa çatmaq üzrədir. Stadium.az "Bakı"nın rəsmi internet saytına istinadən xəbər verir ki, təxminən, 15 günlük istirahətin sona yaxınlaşması ilə bərabər vətənlərində dincələn məşqçi və futbolçu heyətinin üzvləri gələn həftədən başlayaraq ölkəmizə qayıdacaqlar. 

"Bakı" futbolçuları 7 yanvar 2013-cü il tarixində bir araya gələrək, yeni il tətilindən sonra hazırlıq prosesini bərpa edəcəklər.

1 həftə ərzində klubun təlim-məşq bazasında məşq edəcək komanda yanvar ayının 14-də Antalyaya yollanacaq. "Bakı" qardaş ölkədə 2 həftəlik təlim-məşq toplantısı keçirəcək. Komanda "Rixos Premium" otelində məskunlaşacaq və gündə 2 dəfə olmaqla taktiki və fiziki təmrinlər üzərində çalışacaq.

Bu müddət ərzində 3 və ya 4 yoldaşlıq oyununun baş tutacağı gözlənilir. Yoxlama oyunlarının tarixləri dəqiqləşdirilir. Mümkün rəqiblərdən biri Almaniyanın "Dinamo" Drezden klubu olacaq. Digər potensial sparring rəqiblərlə danışıqlar davam edir. 

Təlim-məşq toplantısı dövründə bir neçə yeni futbolçunun düşərgəyə baxışa dəvət olunacağı nəzərdə tutulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail