Mançini: "Balotelli ilə dalaşmamışam"

04.01.2013 | 3047 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini məşqdə Mario Balotelli ilə dalaşmasına münasibət bildirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis həmyerlisi ilə dalaşmadığını bildirib: "Mario məşqin gedişində komanda yoldaşına zərbə endirdi. Mən də ondan dərhal məşqi tərk etməsini tələb etdim. O sözümü yerə salınca, maykasından tutaraq meydandan uzaqlaşdırdım. Əslində olay belə olub. Heç bir dava-dalaş baş verməyib. Bu cür hadisə futbolçular arasında tez-tez olur. Bunu şişirtməyə ehtiyac yoxdur. Balotellini satacağıq? Yox, yox və yenə də yox. Sonuncu hadisə belə, mənim fikrimi dəyişə bilməz. Mən Balotelliyə bundan sonra da min dəfə şans verməyə hazıram. Yetər ki, o məni dəyişəcəyinə inandırsın. Əksər hallarda məni məyus edir. Amma Balotellinin cəmi 22 yaşı var. O səhv edə bilər. Əmin ola bilərsiniz ki, mən Marioya minimum daha 1 şans verəcəyəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail