Bekkenbauer İbrahimoviçin atasıdı!

04.01.2013 | 5423 dəfə oxunub

Ölkəmizdə futbol hər qədər sevilsə də, bu idman növü hələ də gündəlik həyat tərzimizə çevrilməyib. Hansısa valideyin öz övladına azərbaycanlı futbolçuların şərəfinə ad qoyub? Şəxsən, mən beləsini tanımıram. Azərbaycanlı futbolsevərlərdən öz övladına Arda, Turan adını qoyanlar var. Amma kimsə övladının adını sevimli futbolçusunun şərəfinə Zaur, Rəşad, Cavid adlandırmır.

RUSİYADA 2 QUS BÖYÜYÜR

Şimal qonşumuz olan Rusiyada övladını nəinki futbolçunun, hətta məşqçinin şərəfinə adlandıranlar da var. 2008-ci ildə Rusiya millisi Avro-2008-də bürünc medala sahib çıxdıqdan sonra konkret iki ailə övladını Rusiya millisinə tarixi zəfəri qazandıran holland mütəxəssis Qus Hiddink şərəfinə adlandırdı.   

Hazırda Novosibirsk vilayətinin Bolotnoe qəsəbəsində Qus Qorodnikov, Sverdlovski əyalətindəki Artyomovskom şəhərində isə Qus Xmelev böyüyür. 

FIFA XANIM

Dünya praktikasında valideynlərin övladlarına qeyri-adi adlar qoyması hallarına tez-tez rast gəlmək mümkündür. Bu cür ideyalar xüsusən atalara məxsus olur. Lakin bəzən valideynlərin futbola sevgisi o qədər güclü olur ki, onlar hətta oğlanları olmadıqda belə, istədikləri adı öz qızlarına qoyurlar. Məsələn, Qətərda bir qızın adı Fifadır. 2010-cu ildə dekabrda dünyaya gələn bu qıza valideynləri məhz ali futbol qurumunun adını qoyublar. Bununla da həmin ailə 2022-ci ildə dünya çempionatına ev sahibliyi etmək hüququnu Qətərə verən FİFA-ya öz təşəkkürlərini bildiriblər. Fifa xanımın anası qızına seçdikləri adla bağlı belə deyir: "Biz əvvəlcə qızımıza baş ad vermək istəyirdik. Ona Dana adını qoymağı planlaşdırırdıq. Lakin sonradan fikrimizi dəyişdik. Biləndə ki, 2022-ci ildə dünya çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə Qətər qalib gəlib, o zaman qərarə gəldik ki, övladımızı Fifa adlandıraq".

2010-cu ildə CAR-da keçirilən dünya çempionatı zamanı da buna oxşar hal yaşanıb. Həmin vaxt afrikalı ailələr yeni doğulmuş körpələrinə Ke Nako adını verirdilər. Bu isə yerli dildən təcrümədə "Vaxtı gəldi", "Zamanı yetişdi" ifadələrini verir. Ke Nako həm də 12 əvvəlki mundialın rəsmi şüarı idi. CAR - Meksika oyunundan az sonra isə bir ailənin əkiz övladı dünyaya gəldi. Ata öz övladlarına CAR millisinin ələqələri verdi: Bafana-Bafana və üçrənglilər.

BEKHEM OĞLUNA NƏYƏ GÖRƏ BRUKLİN ADINI SEÇİB?

Bu cür yüzlərlə nümunələr var. Tanınmış ingiltərəli futbolçu Devid Bekhem isə öz oğluna ABŞ-dakı Nyu-York şəhərinin bir hissəsi olan Bruklinin adını verib. Tanınmış futbolçunun bu addımı da səbəbsiz deyil. Belə ki, Bekhemlər ailəsinin fikrincə, Viktoriya ilk övladına məhz bu ərazidə birgə olarkən hamilə qalıb. Ailənin bu cür açıq bəyanətının səhəri günü yerli mətbuat Bekhemlərlə belə zarafatlaşdı: "Yaxşı ki, Viktoriya Pekxemdə hamilə qamlayıb". Qeyd edək ki, Pekhem Londonun kənarında yerləşən kiçik ərazidir.

Ən qeyri-adi adlardan birinə isə İngiltərənin Norfolka şəhərində yaşayan ailə öz övladına qoyub. Onlar öz oğlanlarına sevimli klubları olan "Mançestr Yunayted"in üzvlərinin, üstəlik də baş məşqçinin adını qoyublar. Beləliklə, inanmaq çətin olsa da, körpənin adı belədir - Aleks Ferqyusson Bartez Silvestr Nevill Yonsen İrvin Stam Braun Mey Bekhem Kin Skoulz Batt Veron Giqqz Çedvik Koul York Nistelroy Solskayer.

Öz övladını qısaca olaraq Aleks çağıran ana jurnalistlərə açıqlamasında "Bəlkə də insanlar düşünəcəklər ki, biz dəli olmuşuq, amma komandamızı çox sevirik" demişdi. Maraqlıdır ki, anadan fərqli olaraq atanın bu haqda fikri ciddidir. O mətbuata verdiyi açıqlama belə deyib: "Mənim ailəm qəraeımı normal qarşıladı. Bu mənim oğlumdur və mən ona istədiyim adı qoya bilərəm. Bu məsləyə heç kim qarışa bilməz". Bu hadiosədən xəbər tutan "Mançestr Yunayted"in futbolçuları da ilk əvvəl deyilənlərə inanmamışdılar. Lakin sonradan bunun həqiqət olduğu üzə çıxdı. Həmin vaxt xeyli təəccüblənən futbolçular bildirdilər ki, hansısa ailə onların şərəfinə öz övladlarına ad qoyur, amma bütün komandanın adının bir uşağa qoyulması halı ilə ilk dəfə rastlaşırlar. Maraqlıdır ki, bu ailənən ilk oğlanların adı da Traffor Mett Basbidir. Ata ikinci övladının adını rəsmiləşdirməyə getdikdən sonra dövlət orqanında çalışan nümayəndə belə demişdi: "Mən onun bu cür ad seçiminə artıq öyrəşmişəm. Ona görə də Morqana heç təklif etmədim ki, başqa ad seçsin. Onsuz da bunun heç bir xeyri olmayacaqdı. O tərsin biridir. O lazımı sənədə bütün adları yazdı. Bunun üçün isə Morqan haradasa 5 dəqiqə vaxt sərf etdi".

Amanda və Stiven Prestonlar da çılğınlıqlarına görə həmyerlilərindən heç də geri qalmırlar. Onlar öz övladlarına sevimli klubları olan "Bernli"nin futbolçularının soyadlarını veriblər. Uşağın tam soyadı belədir: Yensen Cey Aleksandr Bayki Karlayl Daff Elliot Foks İvelume Marni Mirs Paterson Tompson Uollas Preston. Ad seçməmişdəmn əvvəl hansı futbolçunun adına üstünlük verək sualı üzərində baş sındıran ailə yekunda 14 futbolçunun ad və soyadını oğlanlarına qoymaq qərarına gəlirlər.

ATA BEKKENBAUER, OĞUL İBRAHİMOVİÇ

Bəzi braziliyalı ailələr də ingilisdlərdən heç geri qalmırlkar. Məsəlçün bu Cənubi Amerika ölkəsində Frants Bekkenbauer adlı kişi yaşayır. Onun oğlunun adı isə Zlatan İbrahimoviçdi. Tam adı Resifi Frants Bekkenbaure olan çılğın fanatın övladının adı isə Zlatan İbrahimoviç Lima da Silvadır. Lakin Bekkenbauer oğlunun adını qeydiyyatdan keçirərkən problemlə üzləşib. Braziliyalı Bekkenbauer deyir: "Qeydiyyat şöbsəində çalışan xanım dedik ki, övladıma bu adı qoymaq üçün məhkəmədən təsdiqlənmiş sənəd almalıyam. Amma mən heç yana getmədim. Ona bildirdim ki, axı mən nəyə görə məhkəməyə üz tutmalıyam? Məgər dünyada bnelə praktika yoxdur? Əlbəttə ki, var, bunun bariz nümunəsi də elə özüməm. Əgər mənim adım Bekkenbauerdirsə, nəyə görə övladıma İbrahimoviç adını qoya bilmərəm?" Yekunda istəyinə çatan ata indi xoşbəxtdir.

Sonda qeyd edək ki, bu cür hallara təkcə futbol aləmində deyil, digər sahələrdə də rast gəlmək olar. Məsəlçün Peruda yaşayan bir oğlanın adı Kim Beysinqerdir. Bu uşağı valideynləri məşhur merikalı aktrisanın şərəfinə adlandırıblar. Gülməli olsa da, bu, həqiqətdir ki, perulu oğlan amerikalı xanımın adının daşıyır. Sinqapurda isə bir oğlanın adı Betmen və Supermendir.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail