Namiq Məstanov AZAL-ın onlara oyun satmağı təklif etməsini təsdiqlədi
“BİZ 100 MİN DOLLAR TƏLƏB EDİRİK, “QƏBƏLƏ” İSƏ 20 MİN DOLLAR VERİR”
Son günlər “Turan” ətrafında da qalmaqallar səngimək bilmir. Yayılan xəbərlərə inansaq, “Qəbələ” və AZAL bu komandanın bəzi futbolçularını pulla almaq istəyib. Bunlara aydınlıq gətirmək üçün klubun vitse-prezidenti Namiq Məstanovla əlaqə saxladıq:
– Son günlər “Turan” ətrafında xoş
olmayan sözlər dolaşır. Deyilənlərə görə, AZAL sizin komandaya oyun satmağı
təklif edib...
–
Rəhbərlik səviyyəsində heç kəs bizə oyun satmağı təklif etməyib və edə də
bilməz. Sadəcə, cürətləri çatmaz. Biz çempionat başlayandan bəyan etmişik ki,
“Turan”ın adı üçün oynayacağıq. Nə qədər doğru olduğunu da deyə bilmərəm, amma
bizim futbolçular mənə dedilər ki, AZAL-dan kimlərsə onlarla əlaqə saxlayaraq
oyunu satmaq üçün pul təklif ediblər. Bizsiz də cavablarını alıblar. Nəticə də göz
qabağındadır.
– Aradakı vasitəçi də daha əvvəl
AZAL-da oynamış Nuqzar Kvirtiya olub? – Nuqzar
Kvirtiya və Ruslan Zubkov.
– Təklif olunan məbləğ də 6 min dollar
olub, elədir?
–
Futbolçularımız da bizə belə dedi.
– Yəni, “Turan”ın qiyməti bu qədər ucuzdur?
–
Yox, söhbət “Turan”ın ucuz olmasından getmir. Onlar təklif etdikləri məbləğin
əvəzini də alıblar. 60 min təklif etsələr də, bizim futbolçular onlara rədd
cavabı verərdi.
– Əminsiz ki, təklif 60 min olsa,
“Turan”ın futbolçuları oyunu satmaz? – Mən heç
kimin yerinə cavab verə bilmərəm.
– Eşitdiyimizə görə, “Qəbələ”ylə oyunda
da eyni hal təkrarlanıb və bəzi futbolçular oyunu sataraq qaçıblar...
–
Bu barədə şübhələrimiz var. Həmin oyunda baş məşqçinin dəyişiklikləri bir qədər
gözlənilməz oldu, səbəbini soruşanda, o da bildirdi ki, bu futbolçular
bacarıqlarından çox aşağı səviyyədə çıxış ediblər.
– “Qəbələ”ylə oyundan sonra
şübhələndiyiniz oyunçular kimlərdir?
–
Baş məşqçi bildirdi ki, Aleksandr Krutskeviç və Marius Kazlauskasın bilərəkdən
oynamamasından şübhələnir. Elə hər iki futbolçunu da oyunun gedişində
əvəzləmişdi.
– “Qəbələ”dən söz düşmüşkən, bu komanda
sizin futbolçu Salif Ballonu almaq istəyir?
–
Bununla bağlı danışıqlarımız davam edir. Hansı klub bizim şərtlərlə razılaşsa,
futbolçunu həmin komandaya da satacağıq. Əks halda Salif Ballo ən azı mövsümün
sonuna kimi bizdə qalacaq. Biz Balloya görə 100 min dollar tələb edirik,
“Qəbələ” isə bizə 20 min dollar verir. Cavan və perspektivli futbolçudur,
bombardirlər siyahısında üçüncü sıradadır, “mal”ın qiyməti olur da.
– Bizə son müsahibənizdə bildirmişdiz
ki, Popoviçi etik qaydaları pozduğuna görə komandadan qovmusuz. Bəs niyə geri
qaytardız?
–
Burada incə məqamlar var. Biz Qoqoberaşvili və ya hansısa qovduğumuz legioneri
qaytarmamışıq. Biz Azərbaycan olimpiya və əsas millisinin qapıçısını
bağışlamışıq və bunu şərt qarşılığında etmişik. Popoviç bir daha nizam-intizam
qaydalarını pozarsa, futbolçuya yaraşmayan hərəkət edərsə, idman rejiminə əməl
etməzsə, daha bağışlanmayacaq. Biz milli komanda naminə, AFFA rəhbərliyi ilə
məsləhətləşəndən sonra onu komandaya qaytardıq. Daha doğrusu qayıtmasına
razılıq verdik.
– Popoviçi “Turan”a qaytarmağı sizdən
kim istəmişdi?
–
Şəxsən AFFA-nın baş katibi Elxan Məmmədov. Onunla söhbətimiz və müzakirələrimiz
oldu. Elxan müəllim, bizə nə təkid, nə də təzyiq eləməyib. Qarşılıqlı fikir
mübadiləsindən sonra qərara alındı ki, böyüklüyümüzü edərək Popoviçə bir daha şans
verək.
– Fasilə dönəmində komandanın planları
necədir?
–
Əsas məqsədimiz gedən futbolçuların yerini doldurmaqdır. Çalışacağıq ki,
aparıcı klublarda əsas heyətə düşə bilməyən perspektivli oyunçuları komandaya
cəlb edərək onları ölkə futboluna qazandıraq. Ən əsası da geridə qalan
dövrdəkindən daha yaxşı çıxış edək.
– Deyilənə görə Fərid Quliyev də
“Turan”dan ayrılıb...
–
Onun bizlə hələ mövsümün sonuna kimi müqaviləsi var. Fəridi heç yerə
buraxmayacağıq.
– Ölkə xaricinə toplanışa getmək
fikriniz var?
– Əlbəttə, var. Bu barədə sponsorlarla danışıqlar gedir. Əgər söhbətimiz müsbət yekunlaşarsa, Antalyaya təlim-məşq toplanışına gedəcəyik.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |