“Bakı”nın məlhəm istəyən yaraları
Şübhəsiz Premyer Liqanın fiaskosu “Bakı” klubudur. “Bakı”nın hər şeyi var - uşaq futbolu, stadionu, maddi-texniki bazası, akademiyası və ən əsası xeyirxah və gözəl insan olan Hafiz Məmmədov kimi prezidenti. Təkcə idarəetmə strukturundan başqa. “Bakı”nın bəlası budur. Hazırki uğursuzluqda bu amilin üzərinə böyük “pay” düşür. Çünki yalnız idarətmədə zəiflik göstərən klub “Bakı” qədər səhv transfer siyasəti yürüdə bilər. Elə bu yazıda da paytaxt klubunun yanlış transfer siyasətinə toxunacağıq.
Əvvəlcə
“Bakı”nın PFL-ə təqdim etdiyi iştirak ərizəsində adı göstərilən 28 futbolçu ilə
tanış olaq:
Qapıçılar:
Nuredinoski Edin (Makedoniya), Məmmədov Aqil, Əhmədov Elxan
Müdafiəçilər:
İvanovs Denis (Latviya), Əliyev Elvin, Məhərrəmov Cəmşid, Məmmədov Novruz,
Əliyev Şəhriyar, Quliyev Əziz, Bakoviç Duje (Xorvatiya), Manafov Elşad,
Popxadze George (Gürcüstan) Rodrigez Edemir (Boliviya)
Yarımmüdafiəçilər:
Karqbo İbrahim (Sierra Leone), Kovaçeviç Nenad (Serbiya), Abbasov Ramazan,
Çesnauskis Deividas (Litva), Məmmədov Elvin, Soliç Aleksandr (Xorvatiya),
Hacıyev Rəhman, Junior Xavier Vilson (Braziliya), Horvat Lukas Mario (Sloveniya),
Ələsgərov Namiq, Beçerra Leandro (Argentina)
Hüçumçular:
Mantzios Evangelos (Yunanıstan), Novruzov Nurlan, Parks Vinston (Kosta-Rika),
Verpakovskis Maris (Latviya)
Heyətin
problemlərini qapıçıların üzərinə atmaq olmaz. Çünki onlar 13 top buraxıblar
ki, bunun 5-i penaltilərin payına düşür və komanda Premyer Liqada ən az top
buraxan üçüncü heyətdir. Bu məqamı əsas götürsək, qapıçı transferlərində böyük
səhv axtarmaq düzgün olmazdı. 28 futbolçudan 3-ü qapıçı olur və müdafiəyə
meyilli iki dayaq yarımmüdafiəçini də bura əlavə etsək, 12 müdafiəçisi olan bir
komandanın transfer siyasətini sadəcə baltalamaq lazımdır. Düşünün, 28
futbolçudan dediklərimizi nəzərə almasaq, yerdə cəmi 13 futbolçu qalacaq. Lap
iki dayaq yarımmüdafiəçisin bu siyahıdan çıxarırıq, bir komandada 10 müdafiəçi
olar? Yaranmasından bəri müdafiə futbolu ilə ad çıxaran İtaliyanın heç bir
klubunda 10 müdafiəçiyə rast gəlinməib. Sanki “Bakı” klubu futbolçuları seçərək
yox, küçədən tutaraq komandaya cəlb edib. Təbii ki, belə bir komandanın hansısa
uğur qazanması mümkünsüz deyil. Maraqlıdır ki, müdafiəçilərin çoxu da sağ cinah
oyunçularıdır. Yoxsa “Bakı” ancaq bir cinahla oynayır? Digər tərəfdən,
sual olunur - klub rəhbərliyi futbolçu
alarkən, heyətə nəzər salır, yoxsa transferdə özünəməxsus modelləri var?
Gülməli məqam - komandada doğru-dürüst yalnız bircə sağ cinah yarımmüdafiəçisi
var. O da Deividas Çesnauskisdı. Əgər
litvalı futbolçuya bir şey olsa - zədələnsə, xəstələnsə, cəzalı duruma düşsə və
s. onun yerinə oynamağa konkret oyunçu yoxdur. Bu amil bir daha göstərir ki,
“Bakı”nın transfer siyasətinə bir “quş” demək olar. Komandada “var olmayan” 4
hücumçu var. Yeni baş məşqçi Bandoviçin heyətə cəlb etdiyi Mantzios Evangelosun
acınacaqlı durumda olması göz qabağındadır. Vinston Parksın futbolu isə çoxdan
bitib və bu xəbər klub rəhbərliyinə düz bir il əvvəldən deyilib. Maris
Verpakovskisin də vəziyyəti göz qabağındadır. Ondan da “Fatıya tuman çıxmaz”.
Komandada oynaya biləcək yalnız bir hücümçu var ki, o da Nurlan Novruzovdur.
Şübhəsiz ki, böyük iddialara sahib “Bakı” kimi klubu 19 yaşlı Nurlan arxasınca
tək apara bilməz.
KOMANDADA KİMLƏR QALMALIDIR?
“Bakı”nın
yeganə dərdi düzgün seleksiya işi deyil, amma bu iş düzgün aparılsa, komanda
özünə gələ bilər. Bunun üçün neyləmək lazımdır? Təbii ki, heyətə ciddi əl
gəzdirilməlidir. Ola bilsin ki, klub rəhbərliyi fərqində deyil, amma onlardan
məsləhətimizi əsirgəməyəcəyik. Yaxşıca düşünün, qapıçıları nəzərə almasaq,
heyətdəki futbolçulardan Nurlan Novruzov,
Xavier Junior Vilson, Rəhman Hacıyev, Elvin Məmmədov, İbrahim
Karqbo, Edemir Rodrigez, Deividas
Çesnauskis, Ramazan Abbasov, Şəhriyar
Əliyev və Novruz Məmmədovdan başqa kimdən xeyir görürsüz? Perespektiv
baxımından Elşad Manafovla Namiq Ələsgərovu da bu siyahıya daxil etmək olar və
üç qapıçı da yaddan çıxmamalıdır. Cəmi eləyir 15 futbolçu. Deməli, heyətdən nə
az, nə çox düz 13 futbolçu göndərilməlidir. Diqqət yetirin, onlardan 10-u legionerdi.
Bərəkallah belə transfer siyasətinə! “Bakı” rəhbərliyi çox yaxşı düşünməlidir.
Çünki çempionatda heç bir iddiaları qalmayıb. Deyəcəklər kubok? Onda sual
edirəm: kuboku alıb Avroliqaya vəsiqə qazanaraq bir daha “Mura” biabırçılığı
yaşamaqdansa, indidən bu 13 futbolçunu qovun və gənclərə üstünlük verin. Ən
azından onlar böyük təcrübə, siz isə hər kəsin rəğbətini qazanarsız.
LİDERSİZLİK
“Bakı”nın başlıca problemlərindən biri də budur. Digər klublara nəzər saldıqda görərəik ki, hər bir komandada ya lider futbolçu var, ya da bu iş baş məşqçinin öhdəsinə düşür. “Bakı”da isə bunun heç biri yoxdur. Bu səbəbdən də klub heç vaxt komanda olmağı bacarmır. Əgər rəhbərlik özündə lider keyfiyyətlərini cəmləşdirən, istədiyi vaxt komandanı toparlaya bilən, arxasınca aparmağı bacaran yerli futbolçu ala bilərsə, çox böyük iş görmüş olar. “Bakı” hazırda bir çox yerindən yaralıdır. O yaralar az qala dilə gəlib desinlər ki, bizə məlhəm olun. Amma bunu nə eşidən, nə də görən var. Bəlkə də, eşitmək və görmək istəmirlər...
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |