Hakimlər Komitəsində hakimlərin anormal bölgüsü 5-ci yazı
Əvvəlki yazılarda qeyd etdiyim kimi, Topaz Premyer Liqasında XVIII tura qədər baş tutan 92 oyunu cəmi 9 hakim idarə edib. Bu isə orta hesabla hər hakimə 10-dan artıq oyun düşməsi deməkdir. Hakimlərin təyinatları barədə əvvəlki saylarımızda ətraflı söhbət açmışdım. Ötən dəfədən isə referilərin bölgüsündən danışırıq. Bəri başdan bildirim ki, baş hakimlərin bölgüsü düzgün aparılmayıb. Yazını oxuduqdan sonra buna əmin olacaqsınız. Əliyar Ağayev, Rəhim Həsənov, Elçin Məmmədov və Anar Salmanovun idarə etdiyi oyunlar haqda keçən dəfə danışmışdıq. Bu dəfə isə cari mövsümdə baş hakim kimi təyinat alan digər 5 referidən söhbət açacağıq. Amma əvvəlcə istehza doğuracaq bir məqama toxunmaq istəyirəm – 9 hakimin hamısı Bakı şəhərini təmsil edir. Yəni, çempionat oyunlarına bölgələrdən bir nəfər də olsun baş hakim təyinat almır. Düzdür şəxsiyyət vəsiqələrində onların hansısa rayonda doğulduğu qeyd oluna bilər. Və ya əslən rayonlu ola bilərlər. Məsələn, Fariz Yusifov ilə Vüsal Əliyevi çıxmaq şərtilə digər 7 hakim tər-təmiz bakılıdı. Fariz əslən İmişlidən, Vüsal isə Naxçıvandandı. Ancaq hamısının ev-eşiyi, ailəsi, iş yerləri Bakıdadır. Deməli, Bakını təmsil edirlər. Razılaşmayanlara belə bir sual: Hansısa hakim nə vaxtsa Ermənistanda və ya Gürcüstanda anadan olubsa, Ermənistanı ya da Gürcüstanı təmsil edəcək? Xəqani Məmmədov 5 ildir Hakimlər Komitəsinə rəhbərlik edir. Keçmişdə, xüsusilə SSRİ dönəmində səviyyəli hakim olub. Buna heç kimin şübhəsi olmamalıdı. Amma hakimlik başqa, idarəetmə başqa. Hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmadığı kimi, hər səviyyəli hakimdən də yüksək idarəetmə qabiliyyətinə malik rəhbər çıxa bilməz. Bəlkə Xəqani Məmmədov bu keyfiyyətlərə sahibdir? Əgər belədirsə, onda ya bilərəkdən, ya da özünün və ya kiminsə mənafeyi naminə hakimliyimizi bu günə qoyub. Əminliklə söyləyə bilərəm ki, gələcəkdə onun adı bu xidmətlərinə görə Azərbaycan hakimliyinə qara hərflərlə yazılacaq. 2008-ci ildə Komitə sədri təyin olunanda ənənəvi olaraq bir çox vədlər vermişdi. Onlardan bir də bölgələrdə hakimliyin inkişaf etdirilməsi idi. Yaxın keçmişə kimi oyun protokollarında bölgələri təmsil edən iki hakimin adına rast gəlinirdi – Rövşən Əhmədov (Mingəçevir) və Məhəmməd Məhəmmədov (Gəncə). Birinci hazırda hakim-inspektor kimi futbol fəaliyyətini davam etdirir, digəri isə ötən ilə kimi əsas liqanın oyunlarını idarə edirdi, hazırda isə... Bəs hanı onların əvəzləyiciləri? İnsaf naminə deyim ki, bölgələrimizi təmsil edən referilərimiz var. Amma nəyə görə Premyer Liqanın oyunlarına təyinat almırlar? Yoxsa indikilərdən zəifdilər? Nə isə...
VÜSAL ƏLİYEV YEGANƏDİ
17
tur ərzində baş hakim kimi təyinat alan referilərin arasında yalnız Vüsal
Əliyev bütün klubların oyunlarını idarə edib. 9 hakimdən yalnız artıq sabiq
FİFA referisi olan Əliyevin klublar üzrə bölgüsünün nisbətən düzgün
aparıldığını qeyd etmək olar. İdarə etdiyi 11 matçda bayaq da qeyd etdiyimiz
kimi, bütün klubların matçlarına təyinat alan Əliyevin yolu ən çox “Xəzər
Lənkəran”la kəsişib – 4 dəfə. “Bakı”nın matçlarında isə Vüsal Əliyev 3 dəfə
əsas söz sahibi olub. Digər klublar üzrə isə Əliyevin idarə etdiyi oyunların
bölgüsü belədir: “Rəvan”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Qarabağ” – hər biri 2
oyun, AZAL, “Turan”, “Sumqayıt”, “Neftçi”, “Simurq” – hər biri 1 oyun. Əliyevin idarə etdiyi görüşlərdə “Xəzər
Lənkəran” 8 xal qazanmaqla liderdir. Bu siyahıda ikinci pillədə “Qəbələ”dir – 6
xal. AZAL, “Bakı”, “Sumqayıt” və “Qarabağ” 3, “Rəvan” və “İnter” isə 1 xal
topladığı halda, keçmiş FİFA referisinin baş hakim olduğu matçlarda “Kəpəz”,
“Neftçi” və “Simurq” xala həsrət qalıb.
Xal sayında olduğu kimi qol hesabında da “Xəzər Lənkəran”ın üstünlüyü
var. Belə ki, cənublular Əlieyevin idarə etdiyi oyunlarda 7 dəfə rəqib qapısına
yol tapıb. “Qəbələ”, “Sumqayıt” və “Qarabağ” hərəyə 3, AZAL, “Bakı” və “Neftçi”
2, “Rəvan”, “Turan” və “Simurq” isə cəmi 1 dəfə qol sevinci yaşayıb. Vüsal
Əliyev “Kəpəz” və “İnter”in qol vurmasına şahidlik etməyib. Digər nominasiyalarda olduğu kimi, sarı
vərəqələrdə də “Xəzər Lənkəran”ın liderliyi var. Əliyev Lənkəran təmsilçisinin
10 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Oyun sayında olduğu kimi, sarı
vərəqələrdə də “Bakı” yalnız “Xəzər Lənkəran”a uduzur – 5. Digər klubların
sıralaması isə belədir: “İnter”, “Kəpəz”, “Sumqayıt”, “Turan”, “Neftçi”, “Qarabağ”
– 4, “Rəvan”, “Qəbələ” – 3, “Simurq” 2. Vüsal Əliyevin sarı vərəqə göstərmədiyi
teganə klub AZAL-dır. Təcrübəli referi
17 tura qədər idarə etdiyi 11 oyunda cəmi 1 qırmızı vərəqə göstərib. Bu.
“Sumqayıt” – “Neftçi” oyununda baş verib. Əliyev “Neftçi”nin futbolçusunu
meydandan qovub. Əliyev 2 dəfə penalti
təyin edib. “Xəzər Lənkəran” – “Kəpəz” oyununda qonaqların qapısına 11 metrlik
cərimə zərbəsi təyin edən Vüsal Əliyev “Qarabağ” – “Simurq” oyununda da bu üsulla
qonaqları sevindirib.
FARİZ YUSİFOV YALNIZ “QƏBƏLƏ”NİN LEHİNƏ
PENALTİ VERİR
Vüsal
Əliyev kimi artıq sabiq FİFA referisi hesab olunan digər hakim Fariz Yusifov da
17-ci tura qədər cəmi 11 matçda baş hakim olub. Bu oyunlarda Yusifov 10
müxtəlif klubun matçlarına təyinat alıb. Təcrübəli referinin yolu baş hakim
kimi 1 dəfə də olsun “Turan” və “Simurq”la kəsişməyib. Lakin digər 10 oyunda
Yusifovun aldığı təyinatların bölgüsünün düzgün aparıldığını qeyd etmək
lazımdır. O konkret bir klubun çox oyununa təyinat almayıb. Yusifov 3 dəfə
“İnter”, “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qəbələ”nin, hərəyə 2 dəfə
AZAL və “Rəvan”ın, eləcə də hərəyə 1 dəfə “Sumqayıt”, “Kəpəz” və “Bakı”nın
oyununda ədaləti qoruyub. Fariz Yusifovu
ən çox “Qəbələ” üçün düşərli hakim hesab etmək olar. Çünki Yusifovun idarə
etdiyi 3 matçda Ramiz Məmmədovun yetirmələri 2 qələbə qazanıb və 1 dəfə
heç-heçə edərək, 7 xal toplayıb. Çempionatınm lideri olan “İnter” isə Yusifovun
idarə etdiyi oyunlarda 5 xala sahib çıxıb. Digər klubların xal sıralaması isə
aşağıldakı kimidir: “Qarabağ” 4, “Neftçi”, “Xəzər Lənkəran”, “Rəvan”, “Bakı” 3,
AZAL 2. “Sumqayıt” və “Kəpəz” isə Yusifovun baş hakim funksiyasını yerinə
yetirdiyi oyunlarda xala həsrət qalıb.
Gəncə klubu ilə müqayisədə Sumqayıt təmsilçisi üçün Yusifovu daha
uğursuz hakim hesab etmək olar. Çünki onun idarə etdiyi oyunda “Sumqayıt” təkcə
xala deyil, eləcə də qola həsrət qalıb. Eyni aqibəti AZAL da yaşayıb. Özü də
Yusifov “təyyaərçilər”in 2 matçını idarə edib. Hər iki oyunda qolsuz
tamamlanıb. Digər komandalara gəldikdə isə, Yusifovun baş hakim olduğun
matçlarda “Qəbələ” 5, “İnter” 4, “Xəzər Lənkəran”, “Neftçi” 3, “Qarabağ”,
“Rəvan” və “Bakı” 2, “Kəpəz” isə 1 qol vurmağa müvəffəq olub. Təcrübəli referi ən çox “Neftçi”nin
oyunçularına sarı vərəqə göstərib – 10 dəfə. “Xəzər Lənkəran” və “İnter”in
futbolçuları isə 8 dəfə Yusifovdan “sarı” görüblər. Yusifov “Qəbələ” və AZAL-ın
7, “Rəvan”ın 5, “Qarabağ”ın 4, “Bakı”nın 2, “Sumqayıt”ın isə 1 futbolçusunu
sarı vərəqə ilə cəzalandırıb. Yusifovun baş hakim olduğu oyunlarda nəinki sarı, ümumiyyətlə
vərəqə almayan klub “Kəpəz”dir. Fariz
Yusifov 3 dəfə qırmızı vərəqəyə əl atıb. “Rəvan” – “Qəbələ” oyununda hər
komandadan bir futbolçunu meydandan qovan təcrübəli hakim “Xəzər Lənkəran” –
“Qarabağ” oyununda da qonaqların futbolçusunu meydandan kənarlaşdırıb. Sabiq FİFA referisi 2 dəfə penalti təyin edib
ki, hər iki halda da “Qəbələ”nin xeyrinə: 1 dəfə “Rəvan”ın, 1 dəfə də
“Neftçi”nin qapısına.
RAUF CABBAROVUN “QIRMIZI”DAN XOŞU
GƏLMİR
8
dəfə meydanda əsas söz sahibi olan Cabbarov 9 müxtəlif klubun oyununu idarə
edib. Gənc referiyə “Neftçi”, “Turan” və AZAL-ın matçlarını idarə etmək qismət
olmayıb. Cabbarovun 8 oyunundan 3-ü “Simurq”un iştirakı ilə baş tutub.
“Qarabağ”, “Kəpəz”, “İnter”, “Sumqayıt” və “Rəvan”ın oyunlarına 2 dəfə baş
hakim kimi təyinat alan Cabbarov “Xəzər Lənkəran”, “Qəbələ” və “Bakı”nın yalnız
1 görüşünü idarə edib. Cabbarovun fit
çaldığı matçlarda “Simurq” hamıdan çox – 7 xal toplayıb. “Qarabağ” 4, “Kəpəz”
və “İnter” isə Cabbarovun oyunlarında 3 xal sevinci yaşayıb. “Xəzər Lənkəran”,
“Rəvan” və “Bakı”nın payına 1 xal düşdüyü halda, “Qəbələ” ilə “Sumqayıt” gənc
hakimin söz sahibi olduğu matçlarda xal qazana bilməyiblər. Cabbarovun idarə etdiyi matçlarda heç bir
komanda yüksək məhsuldarlıq nümayiş etdirə bilməyib: “Qarabağ”, “Kəpəz” 3 qol,
“Simurq” 2 qol, “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Rəvan” 1 qol.
“Sumqayıt”la “Bakı” isə qola həsrət qalıblar.
Cabbarovun ən çox sarı vərəqə göstərdiyi klublar “Simurq”la “Rəvan”dır.
Hər biri 6 dəfə. “Kəpəz”in isə 5 futbolçusu Cabbarovun qəzəbinə tuş gəlib.
Digər klublara gəldikdə isə Cabbarov “Sumqayıt”ın 3, “Qarabağ”, “İnter” və
“Xəzər Lənkəran”ın 2, “Qəbələ”nin isə 1 futbolçusunu sarı vərəqə ilə
cəzalandırıb. Gənc hakimin “sarı” vermədiyi yeganə klub “Bakı”dır. Qırmızı vərəqəyə ehtiyac duymayan Rauf
Cabbarov 2 dəfə penalti təyin edib. “Qarabağ” “Kəpəz”lə, “Xəzər Lənkəran” isə
“Qəbələ” ilə matçda belə şans əldə edib.
ELVİN ƏSGƏROV: “PENALTİ LAZIMDI,
“QIRMIZI” AL”!
Cəmi
7 matçda baş hakim olan Elvin Əsgərov 7 müxtəlif klubun oyununu idarə edib. Bu
oyunlardan yarısından çoxunda – 4 dəfə “Sumqayıt”la üz-üzə gəlib. “Turan”,
“Bakı”, “Kəpəz” və “Neftçi”nin 2 oyununu idarə edən Əsgərov hərəyə 1 dəfə də
“Rəvan”la “Simurq”un oyunlarında fit çalıb. Əsgərovun idarə etdiyi oyunlarda
“Sumqayıt” və “Neftçi” hərəyə 6 xal toplayıblar. “Bakı” və “Simurq” isə cəmi 3
xala seviniblər. Digər klublardan isə “Turan” 2, “Rəvan” 1 xal topladığı halda,
“Kəpəz” xal qazana bilməyib. Maraqlıdır
ki, Əsgərovun idarə etdiyi hər iki oyunda “Neftçi” superməhsuldarlıq nümayiş
etdirib. Belə ki, onun idarə etdiyi 2 görüşdə “ağ-qaralar” 12 qol vurub ki, bu
da hər oyuna orta hesabla 6 top deməkdir. “Sumqayıt” və “Bakı”nın 3, “Turan”,
“Kəpəz” və “Rəvan”ın 2 qolunu qeydə alınan Əsgərovun oyunlarında ən az qol
sevinci yaşayan “Simurq”dur – 1 qol.
Əsgərovun ən çox sarı vərəqə verdiyi klub “Kəpəz”dir – 9 dəfə. Digər
klubların cəzalandırılması isə belə bu şəkildə olub: “Turan”, “Sumqayıt” 6,
“Bakı”, “Neftçi” və “Rəvan” 4, “Simurq” isə 2.
Elvin Əsgərovla maraqlı bir məqam ondan ibarətdir ki, cəmi 2 dəfə
penalti təyin edən gənc hakim həmin iki komandanı qırmızı vərəqə ilə də
cəzalandırıb. Necə deyərlər, Əsgərovun oyununda penalti vurmaq istəyən komanda,
gərək mütləq 1 futbolçusunu “qurban” versin. “Turan”la oyunda “Sumqayıt”, “Bakı”
ilə oyunda isə “Kəpəz” həm penalti vurmaq hüququ qazanıb, həm də oyunu 10
nəfərlə bitirməli olub.
ORXAN MƏMMƏDOV ÜÇÜN ANORMAL BÖLGÜ
Əgər,
bu 2 həftə ərzində Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov hələ də
yazdıqlarımızla razılaşmayıb, “hakimlərin klublar üzrə bölgüsü düzgün aparılır”
deyirsə, onda qoy, Orxan Məmmədovun idarə etdiyi oyunların siyahısına bir daha
diqqət yetirsin. Cəmi 4 dəfə baş hakim kimi təyinat alan gənc referi bu
oyunlardan üçündə “Simurq”un matçını idarə edib. Belə çıxır ki, Məmmədovun üçün
bu ölkədə yalnız bir klub mövcuddur. Əgər, əksini iddia edirsinizsə, izah verin
ki, necə ola bilər ki, bir hakimin idarə etdiyi oyunların 75 faizi eyni klubun
payına düşsün? Başqa bir ölkədə belə halla qarşılaşmaq olar? 4 oyunda 6
müxtəlif klubun matçlarını idarə edən Orxan Məmmədovun yolu Zaqatala klubu ilə
3, “Turan”, “Qəbələ”, “Sumqayıt”, “Kəpəz” və AZAL-la 1 dəfə kəsişib. Gözlənildiyi kimi, Məmmədovun idarə etdiyi oyunlarda ən çox xalı Zaqatala
klubu qazanıb – 7. “Qəbələ” 3, AZAL isə cəmi 1 xala sevindiyi halda, “Turan”,
“Sumqayıt” və “Kəpəz” xala həsrət qalıblar.
Onun idarə etdiyi matçlarda 6 qol vuran “Simurq”un ən yaxın izləyəcisi 3
topla “Qəbələ”dir. “Sumqayıt”, “Kəpəz” və AZAL hərəyə 1 dəfə qol sevinci
yaşadığı halda, “Turan” xal sevincindən olduğu kimi, qol srevincindən də məhrum
olub. Qol və xal sayında olduğu kimi
sarı vərəqələrdə də “Simurq” liderdir. Məmmədov Zaqatala klubunun 8
futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. “Kəpəz”in 7, “Qəbələ”nin 3,
“Sumqayıt” və AZAL-ın 2, “Turan”ın isə 1 futbolçusunu sarı vərəqə ilə
cəzalandıran gənc hakim bir dəfə də qırmızı vərəqəyə əl atıb. “Simurq” –
“Kəpəz” oyununda qonaqların futbolçusunu meydandan qovan Məmmədov 4 oyunun heç
birində penalti təyin etməyib.
İlqar TAĞIYEV, "Het-trik
news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |