Əl-Şəravi: "Ümid edirəm ki, "Milan" məni satmayacaq" Müsahibə

02.01.2013 | 4385 dəfə oxunub

İtaliya futbolunun və "Milan"ın gənc ulduzu Stefan Əl-Şəravi bu günlərdə "La Stampa" nəşrinə müsahibə verib. Əl-Şəravi müsahibəsində hazırkı durumu, "Milan"dakı çıxışı, İtaliya millisi, gələcək planları, Messi, eləcə də yeni il istirahəti haqda danışıb.

HAZIRKI DURUMU

1 il əvvəl mənim gələcəyim sual altında idi. Bəziləri "Milan"da qala bilməyəcəyimi deyirdi. Çoxları ehtimal edirdi ki, "Cenoa"ya geri dönəcəyəm. Təəssürat yaranmışdı ki, "Milan"da mənə yer yoxdu. Lakin cari mövsümün əvvəlində vəziyyət çox dəyişdi. Sözün açığı, özüm də inanmırdım ki, mövsümə belə əla başlaya bilərəm. Builki çıxışım mənim üçün də sürpriz oldu. 1 il əvvəl komandadan gedəcəyim deyilirdi, indi isə çempionatın bombardiriyəm. Halbuki ötən il kimsə mənə, indi "A" seriyasının ən sərrast futbolçusu olacağımı desəydi, inanmazdım.

İTALİYA MİLLİSİ

Çox sevinirəm ki, İtaliya millisində gənc futbolçulara şasn verilir. Baş məşqçimiz Balotelliyə və mənə güvənir. Zaman dəyişir. Biz də millidə baş verən dəyişikliklərin bariz nümunəsiyik. Mənim soyadım əcnəbi soyadıdır. Balotellidə olduğu kimi. Amma mən də, o da özümüzü 100 faiz italyan hesab edirik. Parlamağıma gəlincə, deyə bilərəm ki, bunda iqtisadi böhranın böyük rolu oldu. Komandamızın maddi baxımdan böhran yaşaması gənc futbolçuların özünü göstərməsinə imkan yaratdı. Bizə yalnız bir qədər inam lazım idi. Mən bu şansdan maksimum faydalanmağa çalışdım.  Əgər komandanızda istedadlı gənclər varsa, o zaman ölkə xaricindən futbolçu gətirməkdə məna görmürəm. 

"MİLAN"

Mən "Milan"a uşaqlıqdan azarkeşlik edirəm. İndi isə bu komandanın bir hissəsi olduğum üçün fəxr edirəm. Bu, mənim üçün böyük bir şərəfdir. İndiki məqamda futbolda dəqiq heç nə yoxdur. Sabah harada olacağını heç bir futbolçu öncədən proqnozlaşdıra bilməz. Amma mən gələcəkdə də karyeramı məhz "Milan"da davam etdirmək istəyirəm. Heç yana getmək fikrində deyiləm. Ümid edirəm ki, hətta əla təklif gələcəyi halda, klub məni heyətində saxlayacaq. Hansı şərtlə olur-olsun, başqa kluba satılmaq istəmirəm.

"A" SERİYASI

Artıq 1 ildən çoxdur ki, "Yuventus" yüksək tempdə çıxış edir. Lakin onları indidən çempion hesab edənlərin fikri ilə razı deyiləm. Kim nə düşünür, düşünsün, amma biz "Yuventus"a çata bilərik. Mövsüm davam edir, hər şey mümkündür. İndidən yekunda hansı komandanın neçənci yeri tutacağını proqnozlaşdırmaq imkansızdır. Amma real yanaşsaq, bizim əsas məqsədimiz ən azı üçüncü yeri tutmaqdı.

ÇEMPİONLAR LİQASI

Təbii ki, püşkatmada bəxtimiz gətirmədi. Amma futbolda imkansız heç nə yoxdur. Əsas odur ki, kataloniyalılarla oyuna ideal formada çıxaq. "Barselona"ya qarşı duruş gətirmək hər bir komandanın, futbolçunun arzusudur. Çünki hamımız yaxşı bilirik ki, "Barsa" dünyadakı ən güclü komandalardan biridir. Messiyə qarşı oynamaq çox maraqlı olacaq. Bu haqda düşünərkən belə, keçirdiyim emosiyaları sözlə təsəvvür edə bilmərəm. Leo yüksəksəviyyəli futbolçudur. Mən də onun səviyyəsinə çatmaq istərdim. Onun adı sürətin və peşəkarlığın sinonimidir.

ARZUSU

İndi çempionatın ən yaxşı bombardiri olmağı və qarşıdakı dünya çempionatında çıxış etməyi arzu edirəm. Düşünürəm ki, bu, istənilən futbolçunun arzusudur. Cənab Prandelli ilə münasibətlərimiz əladır. O gənclərə güvənir. Bu isə hər bir cavan oyunçu üçün böyük əhəmiyyət daşıyır. Çünki məşqçinin inamını görərkən futbolçu özünü komandanın bir parçası hiss edir. Gənclər millisinin heyətində oynadıqdan sonra özümü yaxşı hiss edirəm. Gücümə güvənirəm və milliyə fayda verə biləcək gücdə olduğumu zənn edirəm.

İSTİRAHƏTİ

Yaranan qısa fasilə zamanı Dubaya yollanacağam. Orada yaxşıca dincəlməyi planlaşdırıram. Özü də xərcə düşməyəcəyəm. Çünki mövsümün əvvəlində Ambrozini ilə mərcə girmişdik. O demişdi ki, qışa qədər mən 10 qol vura bilməyəcəyəm. Mən isə bu normanı artıqlamasıyla yerinə yetirdim. Uduzan qalib tərəfin yeni il xərclərini ödəməli idi. Ambroziniyə bir daha təşəkkür edirəm. İndi onun hesabına pulsuz istirahət edəcəyəm (gülür).

 "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail