Hafiz Məmmədov “Bakı”ya yeni rəhbərlər və baş məşqçi gətirir

02.01.2013 | 5122 dəfə oxunub

“Bakı”nın “altılıq” şanslarını xeyli çətinə salması klub prezidenti Hafiz Məmmədovu qəzəbləndirib. Etibarlı mənbədən aldığımız məlumata görə, klub rəhbəri artıq əsas komanda ilə maraqlanmır və hətta yaxınlarına onunla “Bakı” haqda nəsə danışmağı qadağan edib. Məlumatda bildirilir ki, H.Məmmədov mövümün sonuna kimi əsas komandadan əlini üzüb və yay fasiləsində komandada ciddi dəyişikliklər etməyə hazırlaşır. Hətta mövsümün sonunda Hafiz Məmmədovun böyük oğlu Kənan Məmmədovun kluba rəhbər təyin olunacağı da bildirilir. Xəbərə əsasən, klubun prezidenti İspaniyadan komandasına idman direktoru da gətirmək fikrindədi. Böyük ehtimalla, “Bakı”ya gələcək ispan bu komandanın son zamanlar dostluq münasibətləri qurduğu Madrid “Atletiko”sunda çalışan futbol funksionerlərindən biri olacaq. Bunlar baş verdikdən sonra isə komandada heyətlə bağlı ciddi dəyişikliklər gözlənilir. Baş məşqçi də daxil olmaqla, bir çox futbolçu göndəriləcək və heyət tamamilə yenidən qurulacaq. Mənbənin sözlərinə inansaq, Hafiz Məmmədov komandaya məhz ispaniyalı baş məşqçi gətirməyi düşünür ki, bunun da arxasında komandasını ispan modelində qurmaq planı dayanır.      

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail