"Komandaya qiyməti hansısa mövqeyə görə yox, qazanılan nəticəyə görə verirlər"

01.01.2013 | 3980 dəfə oxunub

Topaz Premyer Liqasında qış fasiləsidir. Sözsüz ki, titul - çempionluq, ölkə kuboku qazanmaq uğrunda mübarizə aparan "Qəbələ" üçün minimal vəzifə tarixində ilk dəfə mükafatçılar sırasına düşmək, avrokuboklara vəsiqə əldə etməkdir. Qış fasiləsində isə “transfer pəncərəsi” açılacağından həm heyəti gücləndirmək, həm də mövsümün əsas hissəsinə yaxşı hazırlaşmaq üçün yaxşı imkan yaranıb. Klubda bu kimi məsələlərə əsas cavabdeh şəxs olan baş menecer Zaur Əzizov “Qəbələ FK”ya müsahibəsində həm komandanın çıxışına qiymət verdi, həm də qarşıdakı planlara aydınlıq gətirdi.

- “Qəbələ”nin arxada qalan ildə çıxışını, ümumilikdə, necə dəyərləndirərdiniz?

- Komandanın başa çatmaqda olan ildə çıxışını iki hissəyə bölmək olar. İlin ilk hissəsi ötən mövsümlə bağlıdır ki, orada nəticə bizi razı salmadı. Çünki komanda qarşısına qoyduğu məqsədə çata bilmədi, yəni avrokuboklara vəsiqə qazanmadı. İlin ikinci yarısındakı çıxışımız mövsümü major notda bitirəcəyimizə olan ümidləri artırır. Komandamız hazırda liderlər qrupunda yer alıb və göstərdiyi oyunla iddiası üst-üstə düşür.

- “Qəbələ” cari mövsümdə də avrokuboklara vəsiqə qazanmaq iddiasındadır. Bu baxımdan komandanın potensialı haqqında nə deyə bilərsiniz?

- Hazırda həm mətbuat, həm də futbol ictimaiyyəti “Qəbələ”nin potensialını yüksək dəyərləndirir. Təbii ki, biz də komandaya inanırıq. Uğura gedən yolda klubun hər bir üzvü, əməkdaşı vəzifəsindən asılı olmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməyə çalışır. Çünki bilirik ki, yalnız birlik, bərabər səylərlə bizə olan etimadı doğrulda bilərik.

- Çoxları Azərbaycanda ən güclü hücum xəttinin “Qəbələ”də olduğunu bildirir...

- Elədir, belə fikirlərlə tez-tez rastlaşmışıq. Ancaq bizim üçün hansısa mövqeyimizin yox, ümumilikdə, komandanın güclü olması və nəticə qazanması əsasdır. Komandaya qiyməti hansısa mövqeyə görə yox, mövsümün sonunda qazanılan nəticəyə görə verirlər. “Qəbələ”nin komanda şəklində nəticə qazanmaq potensialına şübhəmiz yoxdur.

- Qış fasiləsində hazırlıq planları ilə bağlı nə deyə bilərsiniz?

- Komandanın qış hazırlığı 3 mərhələdən ibarətdir. Yanvarın əvvəlində bir araya gələcək komanda ilk iki təlim-məşq toplanışını ölkə daxilində keçirəcək. Hazırlığın üçüncü mərhələsi isə ölkə xaricində olacaq. Bu, yanvarın 20-dən fevralın 2-dək olan dövrü əhatə edəcək. Bu dəfə də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsi seçilib. Komanda ötən qış fasiləsində olduğu kimi, bu dəfə də “Qloriya” otelində qalacaq. Oradakı şərait bizi qane edir. Təbii ki, hazırlıq planı baş məşqçinin istəyinə uyğun müəyyənləşir. Hazırlıq plan üzrə keçəcək. Toplanış günlərində əsas məqsəd həm də yoxlama oyunları keçirmək olacaq. Dörd yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Matçlar yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-i nəzərdə tutulub.

- Rəqiblərdən müəyyənləşən varmı?

- Hələ rəqiblərimiz dəqiqləşməyib. Buna yaxın vaxtlarda tam aydınlıq gələcək. Bəzən yoxlama oyunlarında rəqiblər müxtəlif səbəblərdən dəyişir. Ancaq indidən onu deyə bilərik ki, Almaniyanın “Kayzerslautern” klubu ilə yoxlama oyunu keçirəcəyimiz gözlənilir. Bu klubla ilkin razılıq əldə olunub. Baş məşqçinin istəyinə uyğun olaraq digər rəqibləri də müəyyənləşdiririk.

- Qış fasiləsində heyətin gücləndirilməsi də gündəmə gəlir. Bu sahədə yeniliklər nəzərdə tutulub?

- Baş məşqçimizlə bununla bağlı söhbətimiz olub. Ramiz Məmmədov bu posta təyin olunanda demişdi ki, heyətdən razıdır və yeni transferlərə lüzum görmür. Buna görə qış fasiləsində heyətdə böyük dəyişikliklər gözlənilmir. Doğrudur, menecerlər bizə legionerlər təklif edirlər. Ona görə də, bu məsələləri, hansı mövqelərin güclənməli olduğunu müzakirə edəcəyik. Heyəti qorumağı nəzərdə tutsaq da, ola bilsin ki, kimlərləsə yollarımızı ayırdıq. Hər halda, bütün bunlara baş məşqçi qərar verəcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail