“Mənim yaşımda çox çalışmaq lazımdır” Müsahibə

29.12.2012 | 4328 dəfə oxunub

"İnter"in üzvü Abdulla Abasiyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

-Öncə futbola necə gəlməyindən bəhs edərdin…

-Vladiqafqazda anadan olmuşam. 8 yaşımda bizim əyalətdə ən yaxşı məktəblərdən biri hesab edilən “Gənc” Uşaq Futbol Məktəbinə yazılmışam. Orada uzun müddət futboldan dərs almışam. Məktəbi təhsil müddətinin bitməsinə 1 il qalmış tərk etmişəm. O zaman Azərbaycanın U-17 milli komandasına yollandım.

-Azərbaycan milli komandasına necə dəvət aldın?
 
-O zaman Azərbaycanda ölkə xaricində yaşayan Azərbaycan mənşəli futbolçular axtarırdılar və bu barədə mənə agentim məlumat verdi( Qeyd edək ki, Abdulla Abasiyevin atası azərbaycanlıdır-www.inter.az). Biz təklifi məmnuniyyətlə qəbul etdik və mən U-17 komandasının təlim-məşq toplanışı keçirəcəyi Bakıya yollandım. O vaxt bizim qrup üçün Avropa Çempionatının təsnifat mərhələsi məhz Azərbaycan paytaxtında keçirilirdi, sonra mən U-19 komandasına dəvət aldım.
 
-Sonra sən doğma şəhərini birdəfəlik tərk etdin və Azərbaycanın “Sumqayıt” klubuyla müqavilə imzaladın. Doğma evdən uzaqda yeni həyatın ilk mərhələsinə alışmaq ağır olmadı?
 
-“Sumqayıt”da keçirdiyim mövsüm mənim üçün çox faydalı alındı. Demək olar ki, bu mərhələ mənim üçün təşəkkül, formalaşma dövrü oldu. “Sumqayıt”da oynadığım zaman 18 yaşım vardı və bu yaşda yaxşı təcrübə qazandım, mürəkkəb qarşılaşmaların dadını hiss etdim. Yeni həyatın ilk mərhələsinə alışmaq o qədər də mürəkkəb olmadı, axı Azərbaycan mənim üçün doğma ölkədir.
 
-Bu yaxınlarda sənin keçmiş klub yoldaşın Orxan Məmmədov Portuqaliyanın “Porto” komandasında baxış oldu. Bundan başqa, məlum oldu ki, sən də ötən mövsüm Hollandiyanın klublarından birinə baxışa yollanmısan. Hansı kluba getdiyini açıqlamağını xahiş edirik. Proses necə getdi?
 
-Bəli, ötən mövsüm Hollandiyanın “Vitess”(Arnem) klubunda baxışda oldum. Bu klubun nümayəndələri bir neçə dəfə oyunlarımızı izləmişdilər və bundan sonra baxışa yollanmağım barədə mənə təklif göndərmişdilər. Məni demək olar 3 gün ərzində Hollandiyaya getməyimə icazə verdilər və bu baxış kifayət qədər sərt vaxt şəraitində keçdi.
 
-Sonra “İnter”ə keçdin. Gəl bir daha klubumuza keçidini xatırladayaq.
 
-Ötən mövsüm başa çatdı. “Sumqayıt”la müqaviləm başa çatırdı və bu klubla müqavilə müddətini uzatmağı planlaşdırmamışdım. Ölkə çempionatı başa çatan kimi, Azərbaycanın gənclərdən ibarət milli komandasının heyətində toplanışa yollandım, sonra bizi səfərdə Norveç və İslandiya klublarıyla matçlar gözləyirdi. Bakıya qayıtdıqdan sonra “İnter”in nümayəndələri mənimlə əlaqə saxladılar və mən kluba keçdim.
 
-Bildiyimiz qədər digər klublar da səninlə maraqlanırdı?
 
-Bəli.
 
-Bəs nəyə görə məhz “İnter”i seçdin?
 
-Bu klubun yaxşı şəraiti var. “İnter” şəxsi bazasına malikdir, şəxsi stadionu var. Burada futbolçular üçün yaxşı şərait yaradılıb. Mənə də bu lazım idi.
 
-“İnter”in heyətində artıq bir neçə ay keçirmisən. Komandada ilk aylarda etdiyin çıxışını dəyərləndirməyini xahiş edirik.
 
-“Sumqayıt”da oynayarkən belə görünə bilər ki, “İnter” kimi Azərbaycan klublarında oynamaq çətindir. Əslində belə komandalarda oynamaq üçün çox çalışmaq və çox işləmək lazımdır. Lakin mənimsəyəndə və alışanda hər şey asan olur. Əvvəllər komandadakı yeni tərəfdaşlarıma baxanda düşünürdüm ki, hətta danışmaq belə çətin olacaq. Ancaq uşaqlar məni dəstəklədilər və kollektivə qəbul etdilər. Buna görə də, onlara təşəkkür edirəm.
 
-Bir çoxları hesab edirlər ki, “İnter”in uğuru ilk növbədə baş məşq məşqçi Kaxaber Tsxadadzenin əməyilə bağlıdır. Bir neçə aydır bu məşqçinin rəhbərliyi altında çalışırsan. Bu məşqçi səndə necə təəssürat oyatdı?
 
-Burada bir neçə ay keçirməyimə baxmayaraq cəsarətlə deyə bilərəm ki, ötən müddət ərzində çox şey öyrəndim. Artiq yavaş-yavaş komandanın oyun tərzinə uyğunlaşıram. Məşqçi mənə çox kömək edir və öyrədir. Elə anlar olur ki, məni tənqid edir, ancaq o, bunu mənim xeyrimə, sonrakı karyera artımım üçün edir.
 
-Artıq çempionatın ilk hissəsi başa çatdı. “İnter” mövsümün ilk hissəsini birinci yerdə başa vurdu. Sənin zənnincə, komanda 32 turdan sonra da bu yerini qoruyub saxlaya biləcəkmi? Qızıl medallar uğrunda aparılan mübarizədə hansı komandanı “İnter”in əsas rəqibi kimi görürsən?
 
-Düşünürəm ki, bu, bizə müyəssər olacaq. Əgər biz hər oyunda gücümüzü 100 faiz ortaya qoyarıqsa, o zaman məqsədlərimizə nail ola bilərik. Rəqiblər çoxdur. Bütün klublar qızıl medal qazanmaq istəyir, lakin mən “Neftçi”ni qeyd edərdim. Bu komanda böyük potensiala malikdir.
 
-Xaricdə çıxış etmək məsələsinə qayıdaq. Daha güclü çempionatda çıxış etmək istəyərdin?
 
-Öncə futbolçu kimi formalaşmaq istərdim. İndi özümü tam baş tutmuş futbolçu adlandıra bilmərəm. Bəli, oynayıram, inkişad edirəm, ancaq mən hələ çox öyrənməliyəm. Mənim yaşımda çox işləmək lazımdır, sonrasa xaricdə çıxış etmək barədə düşünmək olar.
 
-Sən Azərbaycanın 3 müxtəlif yaş kateqoriyalı milli komandasında çıxış etmisən. Yəqin nə vaxtsa əsas milli komandanın heyətində meydançaya çıxmaq barədə düşünmüsən?
 
-Bəli, bu barədə düşünmüşəm. Lakin hazırda bu barədə danışmaq hələ tezdir. Düşünürəm ki, hər bir azərbaycanlı futbolçu nə vaxtsa ölkənin milli komandasının formasını geyinməyi arzulayır.
 
-Artıq bir neçə gündən sonra Yeni il qədəm qoyur…
 
-Azərbaycan xalqını qarşıdakı bayramlar münasibətilə təbrik edirəm. Hamıya yaxşı bayramlar və uğurlu il arzulayıram. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail