"Simurq"un 2012-ci ildəki xronologiyası

29.12.2012 | 3440 dəfə oxunub

"Simurq"un rəsmi internet saytı komandanın 2012-ci ildəki çıxışı ilə bağlı xronologiyası ilə bağlı yazı hazırlayıb. Stadium.az həmin materialı təqdim edir: 

25.01.2012 - "Simurq"un rəsmi saytı yeni ünvanda - www.simurqpfk.az və yeni dizaynda istifadəyə verildi. 

16.02.2012 - "Simurq" yeni ildə evində ilk məğlubiyyətini alır. "Qəbələ" ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olaraq ilk 6-ğa düşmək şansını itirir.  

05.03.2012 - Arxa-arxaya 6 məğlubiyyətdən sonra baş məşqçi Sergey YURAN istefaya göndərildi və onun yerinə gürcü mütəxəssis Georgi ÇİXRADZE gətirildi.

11.03.2012 - Vidas Alundderis XXIII turda "Kəpəz"lə qarşılaşmada "Simurq"un 2012-c ildə ilk qolunu vurur və komanda ilk xalını qazanır.

25.03.2012 - "Simurq" səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edərək Georgi Çıxradzenin rəhbərliyi altında ilk qələbəsin qazanır.

12.05.2012 - 2011-2012-ci il mövsümünün son oyununda "Kəpəz"i məğlub edən "Simurq" Unibank Premyer Liqasını 9-cu pillədə başa vurur. Bu qarşılaşmada İqor Tarasovs Zaqatala təmsilçisinin çempionatdakı 170-ci qoluna imza atır.

01.08.2012 – Nenad Stoyanoviç “Simurq”da oynamış 50-ci legioner futbolçu kimi klubun tarixə düşür.

04.08.2012 – “Simurq” 2012/13 mövsümünə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə ilə başlayır.

18.08.2012 – “Simurq” ilk dəfə olaraq “Turan”ı 3:0 hesabı ilə məğlub edir.

20.09.2012 – “Simurq” tarixində ilk dəfə olaraq “Xəzər Lənkəran”ı səfərdə məğlub edir və turnir cədvəlinin lideri olur.

04.10.2012 – “Simurq” “Sumqayıt”la görüşdə də qalib gələrək yeni rekordun müəyyənləşdirir və 8 tur ard-arda məğlub olmur. Buna qədər isə 2011/2012 mövsümün son 6 oyununda da Zaqatala təmsilçisi məğlub olmamışdı. Nəticədə sarı-qaralar 14 tur məğlubiyyətin nə olduğunu bilmir.   

26.10.2012 – “Simurq” – AZAL oynunda Murad Səttarlı qarşılaşmanın əlavə olunmuş 4-cü dəqiqəsinin bitməsinə 15 saniyə qalmış möhtəşəm qola imza ataraq futbolun bir daha son saniyəyə qədər mübarizə aparılmalı idman növü olduğunu sübut etdi.

24.11.2012 – “Simurq” tarixində ilk dəfə “İnter”i məğlub edir.

10.12.2012 – “Xəzər Lənkəran”la qarşılaşmada Georgi Çixradze “Simurq”un baş məşqçisi kimi  premyer liqada 25-ci matçına çıxır.

20.12.2012 - İlin son oynunda “Simurq” “Rəvan”a 1:0 hesabı ilə doğma arenada qalib gəldi və fasiləyə ikinci yerdə yollandı. Ancaq bu matçın nəticəsi rəqibin legioner limitini pozduğuna görə ləğv edildi. Zdravko Popoviç komandamızın Premyer Liqada 191-ci qoluna imza atdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail