"Qarabağ" Vüqar Nadirovu seçdi

28.12.2012 | 3457 dəfə oxunub

Artıq 2012 geridə qaldı. Stadium.az xəbər verir ki, hər il olduğu kimi "Qarabağ" Futbol Klubu yenə də ilin ən yaxşılarını seçdi. Ənənəvi olaraq sorğuya klubun idari, texniki və inzibati heyəti qatıldı. Səsvermə bir qədər standardlardan fərqlənib. 2012-də meydana çıxan 25 futbolçunun seçilmə imkanı vardı (2012-ci ilin ilk yarısında "Qarabağ"da oynayanlar səsverməyə daxil edilməyib). Müəyyənləşmiş 25 futbolçu 25 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 25-ə qədər xal 25 futbolçu arasında paylaşdırılmalıydı. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alındı. Maraqlıdı ki, ilk pillənin sahibi gərgin mübarizə nəticəsində qələbə qazandı.

Ötən ilin qalibi Admir Teli və ilin 2-ci yarısında sürət yığan Vüqar Nadirov arasında gərgin mübarizə sonuncunun minimal hesablı qələbəsiylə sonuclandı. Ötən il bütün oyunlarda əvəzlənmədən meydanda olan albaniyalı stopper, "Neftçi" və "Xəzər-Lənkəran"la oyunlarda vurduğu gözəl qollarla qələbə gətirən sağ cinah vingerinə məğlub oldu.

3-cü sırada isə yayda komandaya transfer olaraq hər kəsin rəğbətini qazanan Riçard Almeyda tutdu. 

4-cü yerdə Ansi Aqolli, 5-ci yeri isə Qara Qarayev tutub. 

Bütün qaliblər 

2008 - Maksim Medvedev 

2009 - Vaqif Cavadov 

2010 – Rauf Əliyev 

2011 – Admir Teli 

2012 – Vüqar Nadirov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail