"İnter” - 2012-ci il rəqəmlərin gözü ilə

28.12.2012 | 2327 dəfə oxunub

"İnter"in rəsmin internet saytı klubun 2012-ci ildəki çıxışı haqda statistik hesabat hazırlayıb. Stadium.az həmin materialı təqdim edir: 

2012-ci il “İnter” üçün kifayət qədər uğurlu oldu.

Artıq başa çatmaqda olan ildə komandamız 21 rəsmi qarşılaşma keçirdi. 14 matç 2011-2012-ci il Premyer Liqa oyunları çərçivəsində, 4 oyun 2011-2012-ci il Azərbaycan Kuboku turniri çərçivəsində baş tutdu. Daha 4 qarşılaşma Avropa Liqasının təsnifat mərhəsi çərçivəsində, 18 oyun 2012-2013-cü il Premyer Liqa çərçivəsində və 1 oyun 2011-2012-cü il ölkə kuboku yarışları çərçivəsində keçirildi.
Kaxaber Tsxadadzenin yetirmələri 41 matçda 19 qələbə əldə etdilər, 13 oyunu sülhlə başa vurdular və 9 dəfə “İnter” rəqibindən zəif oldu. Vurulmuş və buraxılmış qollar arasında fərq 47-23 komandamızın xeyrinədir.
 
“İnter” başa çatmaqda olan ildə ən böyük qələbəni Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində “Trans” komandasına qarşı keçirdiyi oyunda əldə etdi-5:0. Maraqlıdır ki, 2012-ci ildə komandamız yalnız 1 dəfə 1 topdan çox fərqlə məğlub oldu. Bu isə 2011-2012-ci il mövsümündə Premyer Liqa oyunları çərçivəsində “Xəzər-Lənkəran”a qarşı keçirilən qarşılaşmada baş verdi. O zaman “İnter” rəqib komandaya 0:2 hesabıyla uduzdu.
 
2012-ci ildə “İnter” 47 qol vurdu( orta hesabla bir oyunda 1,15 qol). “İnter”in heyətində 13 futbolçu fərqləndi: İbrahima Niasse, Nizami Hacıyev, Bronislav Çervenka, Baçana Tsxadadze, Enyo Krastovçev, Girts Karlsons, Asif Məmmədov, Giorgi Adamiya, Slavço Georgiyevski, Tales Şüts, Vladimir Levin, Samir Zərgərov və Cako Arafat (daha 2 top avtoqol sayəsində qeydə alındı).
 
2012-ci ildə “İnter”in ən yaxşı bombardiri rəqib komandaların qapısından 12 qop keçirmiş Baçana Tsxadadze oldu. Nizami Hacıyev 9 qol vurdu, İbrahima Niasse 7 dəfə sərrast oldu, Vladimir Levin 3 dəfə fərqləndi, Asif Məmmədov, Samir Zərgərov, Slavço Georgiyevski, Giorgi Adamiya və Tales Şüts aktivlərinə 2 top yazdılar.
 
Hazırda komandanın heyətində çıxış etməyən Enyo Krastovçev, Girts Karlsons, Bronislav Çervenka və Cako Arafat isə hərəyə 1 qol vurdular.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail