"Bakı"da yeni il şənliyi

28.12.2012 | 4753 dəfə oxunub

Dünən "Bakı" klubunun bazasında qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş təntənəli şənlik keçirilib. Stadium.az xəbər verir ki, tədbirə klubun gənc və yeniyetmə futbolçuları, məşqçilər, klub rəhbərliyinin nümayəndələri qatılıblar.

"Bakı" futbol klubu təlim-məşq bazasının qapalı meydanında təşkil olunan rəngarəng şənliyə fəxri qonaqlar qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, dünya çempionu güləşçimiz Xəzər İsayev, Azərbaycan Gənclər idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA vitse-prezidenti, millət vəkili Rauf Əliyev  də qatılıblar.

Rəsmi çıxışlarda 2012-ci ilin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə idman ili elan oldunduğunu, ölkəmizin London yay olimpiya oyunlarında qazandığı yüksək tarixi nailiyyətlər, 2015-ci ildə Azərbaycanda təşkil olunacaq Avropa olimpiya oyunlarına ev sahibliyi hüququ qazanmasını, FİFA U-17 qadınlararası dünya çempionatının Odlar Yurdunda müvəffəqiyyətli təşkilini ilin əhəmiyyətli hadisələri kimi dəyərləndirərək, bunu ölkəmizin günü-gündən artan qüdrəti ilə əlaqələndirdilər və gənc futbolçulara gələcəkdə uğurlar arzuladılar. 

İlin hesabatı yekununda "Bakı" futbol klubunun təlim-məşq bazasının inşasının ikinci mərhələsinin başa çatması, FİFA U-17 qadınlararası dünya çempionatının təşkilində özünəməxsus rolu, əsas məşq bazası kimi istifadə olunmasını, klubumuzun "Atletiko" Madrid və "Lans" klubları ilə əməkdaşlığa başlamasını ilin əlamətdar hadisələri sırasına əlavə olundu.

Tədbirə video-konfrans vasitəsi ilə qoşulan "Atletiko" Madrid idarə heyətinin sədri Migel Angel Xil Marin sürətlə inkişaf edən klubumuza ən xoş sözləri və arzularını çatdırmaqla bərabər, yeni il təbrikini azərbaycanca səsləndirdi: 

"Salam Bakı, Yeni İliniz mübarək" - deyən cənab Marin qarşılıqlı əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağına əmin olduğunu bildirdi. 

Yeni il və həmrəylik bayramı ilə yanaşı 2012-ci il ərzində görülən işlər və yadda qalan hadisələrə də nəzər yetirildi. Yarışlarda fərqlənən gənc və yeniyetmə futbolçulara hədiyyələrə təqdim olundu. Gənc futbolçular klubumuzda yaradılan ali şərait üçün klub prezidenti cənab Hafiz Məmmədova təşəkkür edərək, bundan sonra da daha əzmkarlıqla çalışaraq, klubumuzu milli komandalarımızda ləyaqətlə təmsil edəcəkləri sözünü verdilər.

Sirk nömrələrinin nümayişi alqışlarla qarşılandı. Musiqi ustaları da bu bayrama öz töhvələrini verdilər. Sevda Yəhyayeva, Səlim, Şeron qrupu, Manananın çıxışları böyük coşğuya səbəb oldu. 

Təxminən, 3 saat davam edən əyləncəli proqramın sonunda yeni il tortu kəsildi. Klubun baş meneceri Zeynal Məmmədov üzərində Bakının rəzmləri olan tortu kəsərək, uşaqların ixtiyarına verdi.    

Tədbirdən hazırlanan xüsusi proqram 30 dekabr 2012-ci il tarixində saat 22.00-da "İdman Azərbaycan" kanalı vasitəsilə nümayiş etdiriləcək.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail