“Həmin gecə uğur bizdən üz döndərmişdi” Müsahibə

27.12.2012 | 3211 dəfə oxunub

“İnter”in hücumameyilli yarımmüdafiəçisi Daniel Genov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, bolqar futbolçu müsahibəsində “Neftçi” ilə keçirilən matç barədə danışıb, çempionatın ilk hissəsini dəyərləndirib və Yeni il bayramını harada keçirəcəyini açıqlayıb.

- Daniel, “Neftçi” ilə keçirilən oyun barədə nə deyə bilərsiniz?

- İlk qolu biz buraxdıq, lakin xarakterimizi göstərməyi bacardıq. İkinci hissədə “İnter”in əsil oynunu nümayiş etdirdik. Biz göstərdik ki, belə oynaya bilərik. Düşünürəm ki, ikinci hissədə meydançada yalnız bir komanda vardı -“İnter”.
 
- Bununla yanaşı, komandamıza qələbə qolunu vurmaq müyəssər olmadı. Bu oyunda qalib gəlmək üçün “İnter”ə nə mane oldu?
 
- Həmin gecə uğur bizdən üz döndərmişdi. Biz bir neçə yüzfaizlik qol vəziyyərlərindən yararlana bilmədik. Mən də yaxşı şansı əldən verdim.
 
- Siz sol cinahdan asmadan sonra fərqlənə bilərdiniz, lakin bunu etmək mümkün olmadı. Bu qol anından yararlanmağa nə mane oldu?
 
- Belə alındı. Mən həmin epizodu yaxşı xatırlayıram. Baş zərbəsilə asmanı qapadım, lakin təəssüf ki, yaxşı zərbə endirə bilmədim. Fərqlənməyi çox istəyirdim, lakin qismət olmadı.
 
- “Neftçi” bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməyi bacardı. Komandamızın heyətində rəqibdən çəkinmək kimi hansısa bir hissə vardımı? Yoxsa bu faktor, əksinə, “İnter”ə əlavə motivasiya verirdi?
 
- Yox, biz rəqibdən qorxmurduq. Bizim öz oyun tərzimiz var və bunu rəqiblərdən asılı olmayaraq nümayiş etdiririk. Qalib gələ bilərdik, ancaq əvvəl dediyim kimi, bizim bəxtimiz gətirmədi.
 
- Sizin fikrinizcə, itirilmiş xallarda “günahkar” yalnız bəxtsizlikdir?
 
- Bəxtsizlik və israfçılıq. Biz çoxsaylı vəziyyərləri yerinə yetirə bilmədik. Əgər “İnter” daha bir qol vursaydı, o zaman oyun prosesi başqa istiqamətdə inkişaf edə bilərdi.
 
- Komandamızın əsas problemlərindən biri realizasiyadır. Necə düşünürsünüz, qol anlarından daha səviyyəli istifadə etməyimizə nə mane olur?
 
- Məşqlərdə realizasiyalar üstündə daha çox işləmək lazımdır. Bundan başqa, biz belə anlar üzərində  məşqlərdən sonra da çalışmalıyıq. Düşünürəm ki, o zaman hər şey alınacaq. Burada soyuqqanlılıq da böyük rol oynayır və bir çox anlarda o bizdə çatışmır.
 
- Hazırda Yeni il bayramı yaxınlaşır. Bayramı harada keçirməyi planlaşdırırsınız?
 
- Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm və hamıya uğurlar arzulayıram. Şəxsən mən Yeni ili Bolqarıstanda evimdə keçirməyi düşünürəm. Bayramı ailəmlə birlikdə qeyd etmək istəyirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail