“Simurq”un 18 turluq statistikası

27.12.2012 | 3397 dəfə oxunub

"Simurq"un rəsmi internet saytı klubun cari mövsümdəki 18 turluq çıxışı ilə bağlı statistik yazı hazırlayıb. Stadium.az həmin materialı təqdim edir: 

2012-ci il başlayanda “Simurq” fasiləyə 19 xalla yollanmışdı. Komandanın azda olsa ilk altılığa düşmək üçün şansları var idi və sarı-qaralar bu istəyinə nail olmaq üçün “Qəbələ”, “Bakı”, “Qarabağ” və “Kəpəz”lə görüşlərdə maksimum nəticə göstərməli idi. Ancaq fasilədə Antalyada yüksək səviyyədə təlim-məşq toplanışı keçən Zaqatala təmsilçisi bunun öhdəsində gələ bilmədi və baş məşqçi Sergey Yuran vəzifəsindən uzaqlaşdırılaraq, onun yerinə Georgi Çixradzde gətirildi.

Gürcü mütəxəssisin qarşısına isə ilk iş kimi komandanı Premyer Liqada saxlamaq və növbəti ilə hazırlıqları başlamaq qoyuldu. 2011/12-ci il mövsümün “Simurq” 34 xalla 9-cu pillədə tamamladı.

Qısa istirahətdən sonra gərgin iş rejiminə start verildi. İlkin hədəf kimi isə məşqçilər korpusunun qarşısına 2012/13 mövsümündə ilk altılığa düşmək qoyuldu.  Komanda yenidən kompleksləşdirilməyə başlanıldı. Bir çox futbolçu heyətdən uzaqlaşdırıldı və yeni similar dəvət olundu. Dörd mərhələdən ibarət təlim-məşq toplanışları keçirildi. Burada 25 nəfər legioner oyunçu baxışa dəvət olundu və onlardan səkkizi ilə rəsmi müqavilə bağlandı.

Mövsümün startı və nəticə

2012/13-cü il mövsümünün startına avqustun 4-də verildi. “Simurq” ilk oynunu doğma arenada “Qəbələ”yə qarşı keçirdi və meydandan 1 xalla ayrıldı. Artıq bu nəticə gələcəyin çarçısı idi. Sarı-qaralar IX tura qədər məğlub olmadan yoluna davam etdi və xalları üst-üstə toplayaraq zirvədə yerini möhkəmlətdi. 18 həftənin ardından Zaqatala təmsilçisi ötən ilki ümumi nəticəyə bərabər göstərici ilə fasiləyə yollandı. Hazırda sarı-qaralar 9 qələbə, 6 heç-heçə sayəsində 33 xalla turnir cədvəlində liderdən minimal fərqlə geri qalır. Artıq demək olar “Simurq” ilk altılıqdadır. Ancaq bu hələ son deyil. Çünki fasilədən sonra II mərhələnində başa çatması üçün 4 oyun qalıb. Komandamız bu qarşılaşmalarda da maksimal nəticə toplayaraq artıq medallar uğrunda mübarizəyə start verəcək. Çünki növbəti qarşıya qoyulan hədəf budur.   

Vurulan və buraxılan qollar

Cari mövsümdə “Simurq” top fərqinə görə də rəqiblərindən geri qalmır. Turnir cədvəlinə diqqət etsək komandamızın hesabında 23 top var. Onlardan üçü XVIII turda rəqibin legioner limitini pozduğuna görə Zaqatala təmsilçisinin hesabına yazılsa da, yerdə qalan qolları futbolçularımızın aktivindədir. Geridə qalan oyunlar içərisində komandamızın ən böyük hesablı qələbəsi “Turan”la matçda qeydə alınıb. Bu qarşılaşmada Zdravko Popoviçin dublu və Bario Bojiçin gözəl qolu sayəsində “Simurq” 3:0 hesablı qələbə qazanıb. Ən çox qol vuran futbolçumuzda elə “Super Mario”dur. III turdan sarı-qaralı forma ilə mübarizəyə qoşulan Bojiç artıq 5 dəfə fərqlənə bilib. Yeydə qalan topları isə Stepan Polyak (4), Marçin Burkhardt (4), Zdravko Popoviç (3), Murad Səttarlı (2), İlkin Qırtımov (1) və Ruslan Poladov (1) vurub. Qeyd edək ki, son oyunun nəticəsinin ləğv olunduğundan Zdravko Popoviçin “Rəvan”ın qapısından keçirtdiyi qol onun hesabından silinib.

Buraxılan toplara gəldikdə isə “Simurq” hələ ki, qapısında 11 dəfə qol görüb. Onlardan biri ilk turda görəv alan Dmitriy Kramarenkonun, yerdə qalanları isə komandamızın əsas qapıçısı  David Piterzkeiviçin hesabındadır. Polşalı əlcək ustası bu toplardan yalnız birini XI turda “Neftçi” ilə oyunda penaltidən buraxıb. 

Sarı və qırmızı vərəqələr  

Geridə qalan 18 turda “Simurq”un oyunlarını idarə edən hakimlər futbolçularımıza ümumilkdə 54 sarı, 4 qırmızı vərəqə göstərib. Ən çox cəzaya məruz qalan isə kapitan Rasim Ramaldanov olub. Mərkəz müdafiəçimizə hakimlər 8 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə göstəriblər. Bununda nəticəsində Rasim 3 oyunda cəza səbəbindən forma geyinə bilməyib. Ondan sonra isə Mario Bojiç gəlir. Serbiyalı legionerimiz meydandan qovulmasa da, 7 dəfə hakimlərin sarı vərəqəsi ilə tanış olub. Ən disiplinli futbolçumuz isə Marçin Burkhardtdır. 18 turda 1076 dəqiqə meydanda olan polşalı futbolçuya görə hakimlər heç bir oyunda əllərini ciblərinə atmayıb.

Kim daha çox

Baş məşqçimiz Georgi Çixradze cari mövsümdə 22 futbolçuya forma şansı verib. Vaxt və oyun baxımından ən çox meydanda olan futbolçu Aleksandr Şemonayevdir. Yalnız XIII turda cəza səbəbəbindən forma şansı verilməyən Saşa, qalan qarşılaşmaların hamısında iştirak edib. Ondan sonra isə David Piterzkeiviç gəlir. Polşalı əlcək sahibi I və XVIII turlarda komandamıza kömək edə bilməyib. Ən az meydanda olan isə Rüstəm Abbasovdur. Gənc müdafiəçimiz mövsümün açılış matçının 13-cü dəqiqəsində ciddi zədə alaraq əvəzlənmişdi.

XVIII tura 32200 manat… 

“Simurq” geridə qalan XVIII tur çərçivəsində ən çox cəza alan komandalardan biridir. Zaqatala təmsilçisi ümumilikdə Nizam-İntizam Komitəsi tərəfindən 32200 manat cərimələnib. Bu məbləğin 8000 manatı azərkeşlərin oyun zamanı meydançaya kənar əşya atdığına görə, 12200 manatı futbolçuların qırmızı vərəqə aldığına görə, 5000 manatı isə bir oyunda komandanın oyunçularına dörd sarı vərəqə göstərildiyinə görə tətbiq olunub. Yerdə qalan məbləğin 5000 manatı klubun menecerinə və 2000 manatı isə tibb maşının stadiona gec gəldiyinə görə “Simurq” cərimə edilib.    





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail