"Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına" Müsahibə

26.12.2012 | 4055 dəfə oxunub

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına verdiyi müsahibəsində “Neftçi” ilə oyundan danışdı və mövsümün ilk hissəsini dəyərləndirdi. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Asif, “Neftçi” ilə oyun barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, ilk hissədə bərabər oyun oldu, fasilədən sonra isə biz yaxşı oyun sərgilədik. İkinci hissədə biz rəqibdən iki baş üstün oynadıq, lakin bəxtsizlik qonaqların qapısı önündə yaratdığımız çoxsaylı vəziyyətlərdən heç olmasa birini yerinə yetirməyə mane oldu.
 
- Yəni ikinci hissədə buraxılmış bütün anları bəxtsizliklə əlaqələndirirsiniz?
 
- Bəli, məhz bəxtsizliklə əlaqələndirirəm. Bizim bəxtimiz gətirmədi. Top gah qapı dirəyinə dəydi, gah qapıçının burnuna, gah da qulağına, bir sözlə, top qapıçının əsasən müxtəlif bədən hissələrinə dəydi və israrla qapıdan keçmək istəmirdi.
 
- Çox güman ki, bu gün (dünən) stadionda baş verənlər komandanı realizasiyalar üzərində diqqətlə işləməyə vadar edəcək.
 
- Əlbəttə. İndi bizi qış fasiləsi gözləyir, bütün komandalar toplanışa yollanacaq. Bizim də fasilədə realizasiyalar üzərində işləməyə vaxtımız olacaq. Şanslarımızdan inamla yararlanmaq və daha soyuqqanlı davranmaq lazımdır.
 
- “Neftçi” ilə matçda “İnter” bir xal qazandı, yoxsa iki xal itirdi?
 
- Dəqiq deyə bilərəm-biz iki xal itirdik.
 
- Məlum olduğu kimi, bu mövsüm “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşə bilmiş yeganə Azərbaycan klubu oldu. Bu faktor komandamıza əlavə motivasiya verirdimi?
 
- Biz “Neftçi” ilə oyuna ikiqat motivasiyayla köklənirik. Bu komandayla matçlar həmişə mürəkkəb keçir. “Neftçi” yerli futbolun liderlərindən biridir. Bu komanda qızıl medallara əsas namizədlərdən biridir, buna görə də, onlarla qarşılaşmalara həmişə xüsusi köklənərək meydançaya çıxırıq.
 
- “İnter” qış mövsümünə çempionatın lideri kimi yollandı. Mövsümün ilk hissəsini dəyərləndirməyinizi xahiş edirik.
 
- Biz çempionata o qədər də parlaq başlamadıq. Lakin sonradan özümüzə gəldik və oyunumuzu tapdıq. Əla haldır ki, biz mövsümün birinci hissəsini lider kimi başa vurduq, ancaq unutmaq lazım deyil ki, irəlidə bizi çoxsaylı oyunlar gözləyir. Bizə rahatlaşmaq lazım deyil, ilk hissədə olduğu kimi hərəkət etmək lazımdır.
 
- Asif, azarkeşlər ikinci hissədə “İnter”dən nə gözləsinlər?
 
- Çempionatın ikinci hissəsində ötən 18 turda əldə etdiyimiz uğurumuzu möhkəmləndirmək lazımdır. Komanda toplanışda yaxşı çalışmalıdır. Çatışmazlıqlarımızı aradan qaldırmağa çalışmalı və çempionatda mübarizəni yaxşı ritmdə davam etdirməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail