"Legioner limiti dəyişdirilməyəcək"

26.12.2012 | 3414 dəfə oxunub

Topaz Premyer Liqasının növbəti mövsümündə legioner limiti olduğu kimi qalacaq. Stadium.az xəbər verir ki, bu haqda "Trend"ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. Musayev bildirib ki, Premyer Liqada legionerlərin sifarişi üçün ödəniləcək məbləğ də olduğu kimi qalacaq. 

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 formatındadır. Yəni hər bir komanda əsas heyətində ən çox 7 əcnəbi futbolçu ilə oynaya, 4 əcnəbidən isə ehtiyat futbolçu kimi istifadə edilə bilər.

Xatırladaq ki, əcnəbi futbolçunun birinci qeydiyyatı üçün 20 min manat rüsum ödənilir, ikinci qeydiyyatı üçün 10 min, üçüncü qeydiyyatı üçün isə 5 min manat ödənilir. Əcnəbi futbolçu öz ölkəsinin əsas milli komandasında oynayırsa, həmin futbolçu rüsumdan azad olunur.

2012-ci ilin yekunlarını qiymətləndirən PFL prezidenti bildirib ki, Azərbaycan Premyer Liqasının oyunları getdikcə daha baxımlı olur.

"Fasiləyə qədər oyunlar çox maraqlı keçdi, hətta mən deyərdim ki, ilk "altılığ"a 10 komandanın düşmək ehtimalı var, bunun özü də çox maraqlıdır. Bununla razı olmayanların futboldan anlayışı yoxdur", - deyə R.Musayev bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail